Xəbərlər

Bugün Ankara Universitetinin rektoru professor Necdet Ünüvarın rəhbərlik etdiyi nümayəndə heyəti Mərkəzi Klinikada olub

Ölkəmizdə işgüzar səfərdə olan Ankara Universitetinin rektoru, professor Dr. Necdet Ünüvar, rektor yardımçısı professor Dr. Kaan Orhan və Ankara Universiteti Xəstəxanalarının baş həkimi professor Dr. İsmail Balıkdan ibarət nümayəndə heyəti Mərkəzi Klinikada olub.Qonaqları Mərkəzi Klinikanın baş direktoru Həsən Qəndilov salamlayaraq, klinikada həyata keçirilən layihələr, əldə edilən nailiyyətlər və gələcək planlar barədə ətraflı məlumat verib.Mərkəzi Klinika Xəstəxanasının baş həkimi professor Dr. Kamran Musayev nümayəndə heyətinə klinikada tətbiq olunan yeniliklər barədə geniş təqdimat edib. O, xüsusilə son günlərdə həyata keçirilmiş və Azərbaycan səhiyyəsində, eləcə də Cənubi Qafqaz regionunda ilk dəfə baş tutmuş ürək transplantasiyası barədə məlumat verib.Eyni zamanda professor Dr. K. Musayev kardiologiya sahəsində son günlərdə atılmış uğurlu addımlardan biri olan, Türkiyə İqtisadi İnkişaf Agentliyinin (TİKA) dəstəyivə sədr Abdullah Erenin birbaşa iştirakı ilə açılışı həyata keçirilmiş,regionda nadir nümunələrdən sayılan Mərkəzi Klinika Simulyasiya Mərkəzi barədə qonaqlara əyani təqdimatlar etmişdir.Görüş  zamanı Mərkəzi Klinika və Ankara Universiteti arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi, xüsusilə kadr hazırlığı, təlim və təhsil sahəsində birgə fəaliyyətin gücləndirilməsi istiqamətində müzakirələr aparılıb və bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi barədə razılıq əldə olunub.Tədbirin sonunda qonaqlar və iştirakçılar xatirə fotosu çəkdiriblər.

 


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):