Mərkəzi Klinikaya xəstə qeydiyyatçısı vəzifəsinə işçilər tələb olunur
Son müraciət tarixi 15 mart 2024
Vəzifə öhdəlikləri:
- Müraciət edən xəstələrə tibbi xidmətlərin qiymətləri və bu xidmətləri həyata keçirən həkimlər barədə ətraflı məlumatlar vermək;
- Xəstələrin elektron proqramda (SİSOFT) qeydiyyatını aparmaq və tibbi xidmət keçmək üçün müvafiq şöbə və həkimlərə istiqamətləndirmək;
- Həkim qəbul saatlarını təyin etmək və tibbi xidmət üzrə növbə sıralarını tənzimləmək;
- Xəstələrin bəzi sənədləşmə işlərini həyata keçirmək;
- Xidmət prosesində öz vəzifəsindən irəli gələn digər məsələləri həll etmək.
Namizədə dair tələblər:
- Ali təhsili olmalı;
- Microsoft office proqramlarını bilməli;
- Azərbaycan və rus dillərini sərbəst bilməli,
- Mükəmməl ünsiyyət qabiliyyəti olmalı;
- İngilis dilini bilmək və müvafiq sahədə iş təcrübəsinə malik olmaq üstünlükdür;
- İşin xüsusiyyəti ilə əlaqədar olaraq 20-35 yaşlı xanımlar üçün daha uyğundur
İş yeri: Mərkəzi Klinika (Xəstəxana, Ambulatoriya və Stomatologiya)
İş vaxtı: Növbəli iş qrafiki
Tələblərə cavab verən namizədlər CV formalarını info@merkeziklinika.az elektron poçtuna göndərə və ya həftənin 5-ci günləri Mərkəzi Klinikanın Baş Ofisində Personal və ümumi işlər şöbəsinə (ünvan:Parlament pr.76, tel.: 012 492-10-92 daxili 79-97) birbaşa müraciət edə bilər.