Kardiak KT bizə hansı məlumatı verə bilər?
Kardiak KT ürək damarlarını görüntüləyib ,kalsifik və ya yumşaq piləklərin, darlıqların olmasını aşkarlayır. Əgər pilək və ya darlıq sübut olunarsa Miokard İnfarktı riski yüksəlmiş olur. Bu halda risk faktorları dəyərləndiriməsi aparılmalı, dərman və ya bəzi hallarda angioplastika və ya koronar şuntlama nəzərdən keçirilməlidir.
Kardiak-KT Koronar Angioqrafiya ilə eynidirmi?
Koronar Angioqrafiyada contrast material ürək damarlarına qoldan və ya qasıqdan kateter vasitəsilə ötürülür. Angioqrafiyanın üstünlüyü darlığı görüldüyü anda balon və ya stent icra etmək imkanıdır, çatışmazlığı isə ağırlaşma riskinin daha yüksək olmasıdır. Amma əgər damardakı darlığa öncədən daha çox şübhə varsa (məhz fiziki gərginlik zamanı sinədə ağrı) və ya artıq stent varsa Koronarangioqrafiya üstünlük verilən metod sayılır. Qalan bütün hallarda Kardiak KT alternativ metod kimi aparıla bilər. Çünki Kardiak KT ilə siz Koronar Angioqrafiyadan daha çox detal - koronar damar divarında hətta minimal dəyişiklikləri, kiçik miqdarda kalsifikasiyanı görə bilərsiniz.
Müayinə üçün hansı KT Skanner istifadə olunur?
Bizim KT - skanneri dünyada ən müasir olub - Flash 256 kəsikli Dual source Siemens cıhazıdır.
Müayinəni kim aparır?
Müayinə bu metodun təlimini Türkiyənin aparıcı klinikalarında keçmiş həkim-kardioloq Gülşən Süleymanova tərəfindən aparılır və Almaniyadan konsultatnt kardioloq və Kardiak KT ilə uzun illərdir məşğul olan Dr.Sven Hauckla birgə diaqnoz üçün analiz edilir.
Kardioloq Dr.Gülşən Süleymanova

