- Ümumi məlumat
- Həkimlər
7gün, 24 saat Mərkəzi Klinikanın Təcili Tibbi Yardım və Səyyar tibbi Xidmət Şöbəsi təcrübəli və dinamik tibbi heyət ilə birlikdə həm xəstəxana şəraitində, həm də hadisə yerində fasiləsiz və operativ olaraq təcili tibbi yardım xidməti göstərir. Təcili Tibbi Yardım xidməti həm Mərkəzi Klinika Xəstəxanasında, həm də Mərkəzi Klinika Ambulatoriyada yaradılmışdır. Hər iki Mərkəzdə istifadəyə verilmiş təcili yardım otaqları ən müasir tibbi cihazlar və avadanlıqlar ilə təchiz olunmuşdur.
Eyni zamanda Təcili Tibbi Yardım və Səyyar tibbi Xidmət Şöbəsində gecə növbəsi zamanı da təcili yardım həkiminə kömək məqsədi ilə hər bölmədən bir növbətçi həkim (anestezioloq, kardioloq, ürək damar cərrahı, ginekoloq, uşaq xəstəlikləri üzrə həkim, radioloq) növbədə saxlanılır. Ehtiyac yaranarsa, digər həkimlərlə də telefon bağlantısı qurularaq evdən həkim çağırışı da həyata keçirilir.
İmkanlar
Təcili Tibbi Yardım və Səyyar tibbi Xidmət Şöbəsi hər növ təcili və təxirəsalınmaz müdaxilələr üçün tibbi cihaz və avadanlıqla təchiz edilmişdir. Təcili Yardım Xidməti 24/7 prinsipi üzrə tərkibində 1 həkim, 3 tibb bacısı, 2 sürücü və 2 porter olan heyət halında xidmət göstərir. Təcili Tibbi Yardım heyəti tərəfindən istifadə edilən nəqliyyat parkı - 3 tam təchiz edilmiş Ambulans Mercedes, 2 reanimobil Mercedes, 2 Volkswagen transporter və 3 Fiat Dobladan ibarətdir. Şöbəmizdə müayinə olunan xəstələr, heç bir vaxt itirmədən mütəxəssis həkimlərə yönəldilir. Şöbənin tibbi personalı təcili yardım və reanimasiyada uzun illər çalışmış və iş təcrübəsi əldə etmiş peşəkar tibbi heyətdən ibarətdir. Ev və ya mobil telefonlardan 105 yığaraq ambulans çağırışı edildikdən sonra, Ambulans beynəlxalq standartlara uyğun qaydada 2 dəqiqə ərzində klinikanı tərk edir. Bakı, Bakı ətrafı və Azərbaycanın istənilən regionundaoperativ və fasiləsiz olaraq təcili tibbi yardım göstərmək məqsədi ilə bizim briqada qısa müddət ərzində özünü çağırış yerinə çatdırır. Xüsusi reanimobillərimiz vasitəsi ilə ən ağır xəstələrin Bakıya, xəstənin seçiminə əsasən, Mərkəzi Klinika və ya digər klinikalara tibbi evakuasiyası ən yüksək səviyyədə həyata keçirilir. Həm Ambulans, həm də klinika şəraitində göstərilən təcili tibbi yardım beynəlxalq protokollara əsaslanır. Təcili yardım briqadası həkim, tibb bacısı və ilkin təcili yardım təhsili almış sürücü-paramediklərdən ibarətdir.
Təcili yardım şöbəsində çalışan həkimlərin əksəriyyəti ilk və təxirəsaslınmaz yardım üzrə beynəlxalq sertifikatlara sahibdirlər. Bu qrupdan olan həkimlərin müşayəti ilə Mərkəzi Klinika Təcili Tibbi Yardım və Səyyar tibbi Xidmət şöbəsi olaraq xəstələrin müxtəlif istiqamətlərdə xarici ölkələrə (Avropa ölkələri, Türkiyə İran, ABŞ) təxliyyəsi həyata keçirilir. Bütün tədbirlər yüksək peşəkarlıq, operativliklə yerinə yetirilir.
Həyata keçirilən bütün tibbi xidmət növləri haqqında xəstənin yaxınlarının məlumatlandırılması bizim əsas iş prinsipimizdir. Xəstə yaxınları xəstənin vəziyyəti ilə əlaqədar olaraq ətraflı şəkildə məlumatlandırılır. Göstərilən bütün tibbi xidmətlər barədə məlumatlar ətraflı şəkildə xəstə və xəstə yaxınlarına izah edilir. Xəstənin razılığı olmadan heç bir tibbi xidmət həyata keçirilmir.
Qısa ve uzun müddətli, təcili və ya planlı tibbi xidmət üçün güvənə biləcəyiniz tək ünvan Mərkəzi Klinika.
Ad, soyad | İxtisas | Bölmə |
---|---|---|
Dr. Azad Abidov | Reanimatoloq | Təcili Tibbi Yardım və Səyyar Tibbi Xidmət |