- Ümumi məlumat
- Həkimlər
Dünya standartlarına uyğun şəkildə yaradılmış Mərkəzi Klinikanın Kardiologiya Şöbəsi ürək sağlamlığını qorumaq, ürək xəstəliklərini aşkar və müalicə etmək məqsədi ilə xidmət göstərir. Mərkəzi Klinikada yeni doğulmuş uşaqlardan yaşlı nəslin nümayəndələrinə qədər hər bir yaşda olan insanlara hər növ ürək xəstəliklərinin diaqnostika və müalicəsi aparılır.
Mərkəzi Klinikanın Kardiologiya Şöbəsi XXI əsrin ən son texnologiyaları ilə təchiz olunaraq, hər tərəfli diaqnostika və müalicə usulları ilə xidmət göstərməkdədir.
Mərkəzi Klinikanın Kardiologiya Şöbəsi aparılan kardioloji müayinələr (non-invaziv):
- EKQ
- EXO-KQ
- Transezofageal exokardioqrafiya
- Fetal EXO-KQ
- Pediatrik EXO-KQ
- Stress EXO-KQ
- Holter monitorinq
- Təzyiq holter
- Tredmil test
EKQ
Ürək əzələsinin və keçirici sistemin funksiyasını araşdırmaq üçün ürəkdə əmələ gələn elektrik fəaliyyətinin yazılmasıdır. Bir axın yüksəldici tərəfindən yüksəldilən yığılmalar əsasən istiyə həssas kağız üzərinə yazılır. EQK ürək xəstəliklərinin aşkar olunmasında həkimin müayinə zamanı aşkar etdiyi nəticələrlə birlikdə dəyərləndirildiyində, digər təhlil və nəticələr ilə birlikdə nəzərə alınaraq xəstənin diaqnozunun düzgün qoyulmasında yardımçı ola bilər.
Stress Test
Stress testi ürək damar sistemi xəstəliklərinin araşdırılması, müalicənin effektivliyinin təyin edilməsi, fiziki gərginlik ilə aritmiyaların meydana gəlib-gəlmədiyini isbat edilməsi və fiziki gərginliyin arterial təzyiqin yüksəlməsinə nə dərəcədə təsir göstərdiyini təyin edən bir müayinə üsuludur. Stress test istirahətdə EKQ də təsbit edilməyən, lakin fiziki gərginlik sırasında meydana çıxan anormallıqları təyin etmək üçün dəyərli bir müayinədir.
Transtorakal Ekokardiyografiya, Fetal-Pediatrik Ekokardiyografiya.
Exokardioqrafiya ürək əzələsi və ümumilikdə ürək fəaliyyətini səs dalğaları ilə dəyərləndirən müayinə metodudur. Dalğaların radiasiyalı olmaması, müayinə zamanı heç bir dərmanlardan istifadə edilməməsi hamilələrə, yeni doğulmuş uşaqlar daxil hərkəsə asanlıqla tətbiq oluna bilər. Ürək böyüməsi, ürək əzələsinin xəstəlikləri, qapaq xəstəlikləri, ürək çatışmazlığı, ürək daxili kütlələr, tromblar, ürək şişləri, anadangəlmə ürək qüsurları, hətta orqanizmin ən böyük damarının-aortanın xəstəliklərinin təyin edilməsi üçün vacib olan mühüm müayinə metodudur.
Stress Exokardioqrafiya
Stress exokardioqrafiya ürəyi qidalandıran damarlarda (koronar damarlar) daralma olub-olmadığının araşdırılmasında, mokard infarktı keçirən xəstələrdə dərman xaricində bir müalicəyə ehtiyac olub-olmadığının aşkar olunmasında və ürək qapaq xəstəliyi zamanı xəstəliyin şiddətinin dəyərləndirilməsində istifadə olunur. İstifadə oluna bilən stress metodu Tredmil cihazında fiziki yük vermək, yəni tez-tez yeridilərək ürəyin iş yükünü artırmaq şəklində aparılır. Stress exokardioqrafiya qoldan keçən damarlara dərman yeridilərək də aparıla bilər.
Transezofageal Exokardioqrafiya (TEE)
TEE müayinəsi xəstənin döş qəfəsi quruluşu ( ağciyər xəstəliyi, deformasiya və. s səbəblərlə) yetərli exokardioqrafik görüntü alınmadıqda ya da ürək içi görüntülərinin daha yaxından dəyərləndirilməsi lazım olduqda istifadə olunan bir metoddur. TEE endoskopik bir müayinədir. Ağızdan qida borusuna yeridilən incə bir boru (probe) ilə ürəyin arxa divarına çatdırılır və çox aydın, dəqiq görüntü alınır.
Holter
EKQ Holter cib telefonu kimi kəmərə bağlanan bir cihazdır. 3-4 ədəd naqil, elektrodlar (yumşaq plastikdən hazırlanmış 3-4 sm ölçüsündə yapışqanlı) vasitəsilə sinəyə bərkidilir. İnsan günlük normal həyatını yaşayır və cihaz planlanan zaman müddətində ürəyin elektrik impulslarını qeydə alır. Zaman sonunda cihaz çıxarılaraq qeydə alınmış impulslar kompüterdə analiz edilir. Bu alət sayəsində müayinə zamanı görülməyən amma gün ərzində qısa zamanda olub keçən ürək döyüntüləri, sinə ağrıları, huş itirməyə səbəb bütün ritm pozulmalar aşkar edilə bilir. Holter cihazı taxıldıqdan sonra xüsusi ilə şikayətləri yaradan hadisələr təkrarlanmalıdır (Kofe içmə, nərdivan çıxma v.s).
Təzyiq Holter
Xəstələrin gün boyu təzyiqinin sıx aralıqlarla ölçülərək, təzyiqin və nəbzin qeydə alınmasıdır. 24-72 saat arasında aparılan ölçülmələrdə əvvəlcədən hipertoniyası olmayan xəstələrdə erkən aşkarlama ola bilər. Təzyiq holter ilə xəstələrin gün ərzində təzyiqlərinin sıx aralıqlarla ölçülərək, gün içindəki aktivlikləri sırasında, yuxuda, istirahət zamanı, təzyiqi və nəbz sayı qeydə alınmadadır. Beləliklə uzun zaman təzyiqi olan xəstələrin, günün hansı saatlarında təzyiq göstəricilərinin yüksəldiyi qeydə alınaraq, müalicə seçilir. Daha əvvəlcədən hipertoniyası olmayan xəstələrdə erkən diaqnoz qoyularaq, düzgün müalicə metodu seçilir.
Mərkəzi Klinkanın Kardiologiya Şöbəsində aparılan invaziv xidmətlər
- Koronar angioqrafiya
- PTKA+stent implantasiyası
- Elektofizioloji müayinə
- Yüksək tezlikli ablasiya
- Qalıcı kardiostimulyatorun yerləşdirilməsi
- Ürək daxili defibrilyator yerləşdirilməsi (İCD)
- Ürəyi sinxron çalışdıran cihaz
- Ürək Boşluqları Kateterizasiyası
- Ağciyər Arteriyası Qapağının Balon vasitəsi ilə açılması (Pulmonar Balon Valvuloplastika
- Mitral Qapağın Balon vasitəsi ilə açılması (Mitral Balon Valvuloplastika)
- Aorta Qapağın Balon vasitəsi ilə açılması (Aorta Balon Valvuloplastika)
- ASD-nin invaziv yolla bağlanması
- VSD-nin invaziv yolla bağlanması
- PDA-nın invaziv yolla bağlanması
- Aorta və ağciyər arteriyasının balon dilatasiyası və stentlənməsi
İnvaziv Kardiologiya
Təcili hallarda daxil olan xəstələrə Birincili İnvaziv işləmlər qəbul olunmuş standartlara uyğun olaraq həyata keçirilir.
Koronar Angioqrafiya
Koronar angioqrafiya ürəyi qidalandıran koronar damarların xəstəliklərinin diaqnostikasında istifadə olunun müayinə metodudur. Koronar angioqrafiya metodu vasitəsi ilə ürəyi qidalandıran koronar damarların hansı hissəsində nə qədər darlıq olduğunu və ya tamamilə tıxanması müəyyən edilir. Ürək damarlarındakı darlıq və ya tıxanmalar təyin edilərək, hansı müalicə metodunun seçilməsinə yardımçı ola bilir. Müayinə 15-20 dəqiqə davam edir.
Perkutan Transluminal Koronar Angioplastika-stent implantasiyası
PTKA və ya stent, koronar angiografiya sonrasında ürəyi qidalandıran damarlardakı daralma ya da tam tıxanmaların müalicəsində istifadə edilən metoddur. PTKA və ya stent koronar angiografiya kimi angioqrafiya laboratoriyasında xəstə yatızdırılmadan, punksiya yerinə lokal anesteziya edilərək aparılır. Kateterin içindən irəlilədilən çox incə tellə damar darlıq bölgəsindən keçirilir. Bu tel üzərindən balon irəlilədilərək xəstə nahiyəyə çatdırılır.
Elektrofizioloji müayinə
Bu metod ürəkdə dərman müalicəsinə tabe olunmayan Aritmik ocaqların müəyyən edən və aşkar olunan ocaqların ablasiyasını təşkil edən müasir bir üsuldur. Azərbaycanda ilk dəfə Mərkəzi Klinikada həyata keçirilmişdir.
Qalıcı Kardiostimulyator yerləşdirilməsi
Bu cihazın müxtəlif modelləri mövcuddur (VVİ, VVİ-R, DDD, DDD-R və s.). Modellərin seçimi xəstənin rəydə nəzərə alınır. Cihaz sol və ya sağ çiyin nahiyəsinin dərialtı təbəqəsinə yerləşdirilir. Manipulasiya tam ağrısız, narkoz verilmədən yerinə yetirilir. Bizim xəstəxanada bu müayinə dünya standartlarına əsasən həyata keçirilir.
Ürək daxili defibrilyator yerləşdirilməsi (ICD)
Bu bir invaziv müalicə üsuludur. İCD bəzi ürək xəstəliklərin nəticəsi olaraq (işemik), anadangəlmə (Bruqada sindromu) və ya səbəbsiz (İdiopatik) əmələ gələn ölümcül aritmiyaların (Mədəciklərin taxikardiyası və Fibrilyasiyası) qabağını alan yeganə müalicə üsuludur.
Ürəyi sinxron çalışdıran cihaz
Bu digər invaziv manipulyasiyalardan fərqli olaraq daha yeni bir müalicə üsullardan biridir. CRT-ın implantasiyasına əsas göstəricilər:
- Simptomatik Ürək Çatmazlığı
- Ürək Qan Damar Çatmazlığı III-IV dərəcə (NYHA)
- QRS 130 ms
- İdiopatik və İşemik Kardiomiopatiyalar
Ürək Boşluqları Kateterizasiyası
Anadangəlmə Ürək Qüsurların (AÜG) və Qazanılmış Ürək Qüsurlarının (QÜG) müasir diaqnostikasında və korreksiyasında bu invaziv müdaxiləyə böyük maraq və diqqət ayrılır. Manipulyasiya tam ağrısız, narkoz verilmədən yerinə yetirilir. Müayinə dünya standartlarına əsasən həyata keçirilir. Müayinə sağ və ya sol bud həm arteryasindan həm də venasindan aparilir.Hər iki damara boru yerləşdilir.Bu borunun içindən xüsusi bir kateter ürəyin müəyyən yerlərinə yerləşdirilir oraya kontrast maddə verilərək görüntü videofayil şəkildə qeydə alinir.
Ağciyər Arteriya Qapaqın Balon vasitəsi ilə açılması
Percutan Pulmonar Balon Valvuloplasty açıq əməliyyat olmadan, qısa müddətli (1-2 gün) xəstəxanada qalır və qüsuru tam aradan götürülür. Manipulyasiya sağ və ya sol bud venasinin punksiyasindan başlayir.daha sonra oraya kicik bir boru yerləşdirilir.Bu borunun icindən xüsusi balon kecirilir.Balon dar olan qapağin icinə yerləşdirilir və şişirilir.
Kardiologiya şöbəsində ilk dəfə 27.08.07-ci ildə olunmuşdu.
Mitral Qapaqların Balon vasitəsi ilə açılması
Bu üsul mitral darlığı olan xəstələrdə geniş tətbiq olunur.Manipulasiya tam ağrısız, ümumi anesteziya olunmadan və bütün tibbi standartlara uyğun şəkildə həyata keçirilir. Bu manipulyasiya da sağ və ya sol bud venasindan aprilir. Boru yerləşdiriləndən sonra xüsusi transeptal kateter ilə qulaqciqarasi cəpərdən kecirilir və incə bir qayd ilə sol boşluqlara doğru keçirilir. Bu qayd mtral qapaq icindən yeridilir. Daha sonra onun üzərindən balon kecirilir və dar olan qapaq içində şişirilir.
Qeyri cərrahi üsulla Qulaqcıq arası çəpərin deffektinin ləğv edilməsi
Adətən bu ürək qüsuru cərrahi əməliyyat yolu ilə korreksiya olunurdu, lakin tibbin son nailiyyətlərinə əsasən əməliyyatsız yollada bu qüsurları müalicə etmək mümkündür. Bu üsul xüsusi Amplaster alətin köməyi ilə həyata keçirilir. Azərbaycanda ilk dəfə Mərkəzi Klinika Kardiologiya şöbəsində 16 iyun 2009-ci il tarixində mütəxəssis həkimlərimiz tərəfindən uğurla həyata keçirilmişdir.
Anadangəlmə ürək qüsurlarının diaqnostikası və müalicəsi
Klinikamızda uşaq kardiologiyası da fəaliyyət göstərir.
- Elektrokardioqramma;
- Fetal Exokardioqrafiya;
- ExoKardioqrafiya;
- Aorta Koarktasiyası;
- TransEzofaqealExokardioqrafiya;
- Diaqnostik Kateterizasiya;
- İnvaziv kardiologiya;
- Qulaqcıqarası çəpəri deffektinin (QÇD) invaziv (əməliyyatsız) üsulla bağlanması;
- Mədəciklərarası çəpər deffektinin (MÇD) invaziv (əməliyyatsız) üsulla bağlanılması;
- Botal axacağın (Patent Duktus Arteriosus) invaziv (əməliyyatsız) üsulla bağlanılması;
- Pulmonar darlıq və Pulmonar Balon Valvuloplastikası;
- Pulmonar Balon Valvuloplastikası.
Embrionda ürək 3-cü həftədə inkişafa başlayan və 7-ci həftənin sonunda funksional inkişafını bitirən bir orqandır. Bu səbəbdən anadanqəlmə ürək qüsurlarının böyük hissəsi 4-6 həftə arasında əmələ qələn quruluş anomaliyasının nəticəsidir.
Səbəblər:
- Multifaktorial səbəblər (80 - 90% )
- Genetik və ətraf mühit faktorları (10-20%)
Riskli hamiləliklərdə agır ürək xəstəliklərinin askar olunmasi hamiləliyin 16 və 20-ci həftələri arasinda usağin ürəyinin müayinəsi ilə mumkundur.
Fetal Exokardioqrafiya
Səs dalğalarının radiasiyalı olmaması, müayinə zamanı heç bir dərmanlardan istifadə edilməməsi, ağrısız olması hamilə və bətndəki uşaq üçün zərərsiz olduğu üçün rahatlıqla tətbiq olunur. Kardioloqlar tərəfindən ana bətnində Anadangəlmə Ürək Qüsurlarının dəqiq diaqnostikası - Fetal Exokardioqrafiya vasitəsi ilə aparilır.
Fetal Exokardioqarafiya ana bətnində (hamiləliyin 16-22ci həftəsindən başlayaraq) uşağın ürəyinin inkişafını, fəaliyyətini səs dalğaları ilə müşahidə edən və dəyərləndirən vacib olan mühüm müayinə metodudur.
Fetal exokardioqrafiya üçün göstəriş:
Fetal
- Xromosom anomaliyaları;
- Ürəkdən kanar anatomik anomaliyalar;
- Qeyri immun fefusun ödemi;
- Fetal kardiak aritmiya;
- Kontrol USM-də ürək anomaliya;
- İlk trimestirdə (boyun qalınlığı) NK
Maternal
- Ailədə anadan gəlmə ürək qüsuru anamnezi;
- Maternal metabolik xəstəliklər;
- Maternal teratogenlər.
Fetal exokardioqrafiya
- Ürəyin anatomiyası
- Ürəyin funksiyası
- Hemodinamika
Necə başlanır ?
- Dölün yerləşməsi;
- Dölün sayı;
- Pozisiyası;
- Sol və sağ tərəflərin ayrılması;
- Dörd boşluq kəsiyində
- Dölün vəziyyəti, ürəyin böyüklüyü;
- Qulaqcıqların böyüklüyü, oval dəliyin qapanması;
- Mədəciklərin böyüklüyü, morfologiyası;
- Mədəciklərin yığılması;
- Qulaqcıqlar və mədəciklərarası çəpər;
- Atrioventikulyar qapaqlar dəyərləndirilir.
- Dörd boşluq görüntüsü
- 2/3 solda, 1/3 sağda
- LV (sol mədəcik)=RV (sağ mədəcik),
- FO (formen ovale) hərəkətli sol qulaqcıq, FO=1/3 qulaqcıqlararası çəpər
- TV (rikuspid qapaq) zirvəyə daha yaxın
Ad, soyad | İxtisas | Bölmə |
---|---|---|
Dr. Aytən Nəsibova | Kardioloq | |
Dr. Elnurə Qardaşova | Kardioloq | Kardiologiya |
T.e.n. Dr. Firdovsi İbrahimov | Kardioloq | Kardiologiya |
Dr. Firuzə Əliyeva | Kardioloq | Kardiologiya |
Dr. Gülşən Süleymanova | Kardioloq | Kardiologiya |
Dr. Günel Abdiyeva | Kardioloq | Kardiologiya |
Dr. İlahə Məmmədova | Kardioloq | Kardiologiya |
Dr. Kənan Əhmədov | Kardioloq | Kardiologiya |
Dr. Lalə Quluzadə | Kardioloq | Kardiologiya |
Dr. Musa Qəhramanov | Kardioloq | Kardiologiya |
Dr. Məryam Qafarova | Kardioloq | Kardiologiya |
Dr. Oqtay Musayev | Kardioloq | Kardiologiya |
Dr. Rəna Hüseynova | Kardioloq | Kardiologiya |
Dr. Sona Qasımzadə | Kardioloq | Mərkəzi Klinik Xəstəxana |
Dr. Səadət Məmmədova | Kardioloq | Kardiologiya |
Dr. Şəfa Şahbazova | Kardioloq | Kardiologiya |
Dr. Şəhla Paşazadə | Kardioloq | |
Dr. Xumar Osmanlı | Kardioloq | Kardiologiya |
Dr. Zöhrə Abbasova | Kardioloq | Kardiologiya |
Dr. Əli Bayramov | Kardioloq | Kardiologiya |