Xəbərlər

Mərkəzi Klinika ilə Bakı Oxford məktəbi arasında icra olunan layihəyəyə yekun vurulmuşdur

Mərkəzi Klinika ilə Bakı Oxford məktəbi arasında icra olunan layihəyəyə yekun vurulmuşdur. Bu məqsədlə təşkil olunan tədbirdə Mərkəzi Klinikanın baş direktoru Həsən Qəndilov və Bakı Oxford Axşam Məktəbinin icraçı direktoru Günay Hacıyeva da iştirak etmişdir. Mərkəzi Klinikanın baş direktoru Həsən Qəndilov çıxış edərək bildirdi ki, Mərkəzi Klinikada bu günədək yüzlərlə şəxsə kurs və seminarlar keçirilmiş, onların təkmilləşməsində xüsusi rol oynanılmışdır.

Sevindirici haldır ki, artıq layihənin icrası çox yüksək səviyyədə yekunlaşdırılmış və inanırıq ki, layihədə iştirak edən məktəblilər Mərkəzi Klinika nümunəsində səhiyyə sistemi və həyata keçirilən tibbi xidmətlərlə yaxından tanış olmuşlar. Bu isə həmin məktəblilərin gələcəkdə ali təhsil istiqamətini daha məlumatlı və məqsədyönlü şəkildə seçmələrində və gələcək karyeralarının düzgün planlaşdırılmasında mühüm əhəmiyyət kəsb edəcək. 

Tədbirdə Bakı Oxford Axşam Məktəbinin icraçı direktoru Günay Hacıyeva və iştirak edən məktəblilərin hər biri öz ürək sözlərini söylədi və təşəkkürlərini bildirdilər. Məktəblilər bu tanışlığın onların gələcək fəaliyyətində həlledici rol oynadığını bildirdilər. 

Sonda təcrübə iştirakçıları sertifikatlarla təltif olundu.


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):