Mərkəzi Klinikanın rəhbər heyəti Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.
10 May müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğlu Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür. Ziyarət zamanı Ümummilli Liderin məzarı önünə əklil qoyuldu, Ulu Öndərin xatirəsi ehtiramla anıldı.