Xəbərlər

Bu gün, 30 mart – xalqımızın dəyərli ziyalısı, görkəmli ictimai xadim akademik Cəmil Əziz oğlu Əliyevin doğum günüdür.

Hörmətli Akademik Cəmil Əliyev uzun illərdir ki, Azərbaycan səhiyyəsinə yorulmadan və əvəzedilməz xidmətlər göstərir Görkəmli Akademik, uzun illərdir ki, Azərbaycan səhiyyəsinə yorulmadan və əvəzedilməz xidmətlər göstərir. Belə ki, onun tibb  elmində, xüsusən də onkologiya sahəsində əldə etdiyi nailiyyətlər nəinki respublikamızda, eyni zamanda beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.

Bir ictimai xadim kimi, cəmiyyət həyatında baş verən hadisələrdə tutduğu ədalətli mövqe və göstərdiyi müdrik münasibət nəticəsində xalqımızın xüsusi hörmət və rəğbətini qazanmışdır.

Mərkəzi Klinika kollektivi olaraq əminik ki, onun yüksək şəxsi keyfiyyətləri, zəngin idarəetmə təcrübəsi, tükənməz işgüzarlıq və təşkilatçılıq qabiliyyətinə söykənən fəaliyyəti Azərbaycan xalqına və dövlətinə bundan sonra da yeni-yeni nailiyyətlər qazandıracaq.

Dərin hörmətlə:

Mərkəzi Klinikanın kollektivi


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):