01.06.2020Uşaqların Beynəlxalq Müdafiəsi günü                 01.06.2020Həyat qurtaran komanda!                 28.05.202028 May Respublika günüdür                 24.05.2020Ramazan Bayramınız mübarək!                 23.05.2020Wax Up model nədir?                
      

Xəbərlər

Doğru zamanda müdaxilə kiçik körpəni yenidən həyata qovuşdurdu!

Bəli, bu uşağın həyatını xilas etmək mümkün oldu, amma hər uşaq bu qədər şanslı olmaya bilər...

Əziz valideynlər, övladlarınıza xüsusən kiçik yaşlarında ciddi nəzarət etməyiniz mütləqdir! Bu və ya digər postları paylaşmaqda məqsədimiz bizim profesional Uşaq Cərrahiyyəsi komandamızı sizlərlə tanış etməklə, yarana biləcək hər bir vəziyyətdə doğru ünvana gəlməyiniz üçün Sizə yardımçı olmaqdır. Çünki, belə situasiyalarda zaman önəmlidir! 1 yaş yarımlıq uşaq ölümdən son anda döndü. Evdə oynayarkən anidən boğulmağa ,qaralmağa başlayıb. Ailəsi təcili ən yaxınlıqdakı xəstəxanaya çatdırıb, müdaxilə edə biləcək mütəxəssisləri olmadığı üçün yardım göstərə bilməyiblər. Daha bir neçə xəstəxanaya müraciət etsələr də, uşağa köməklik etmək mümkün olmayıb. Son anda çox ağır vəziyyətdə təcili yardımla Mərkəzi Klinikaya gətirildi. Bizim klinikaya gələndə artıq tükənmək üzrə idi. Ciddi tənginəfəslik, boğulma , hətta göz ətraflarında qansızma mövcud idi. Təcili birbaşa əməliyyatxanaya alındı və uşağın bu vəziyyətdə olma səbəbi bəlli oldu. Nəfəs borusunda qələmin baş hissəsi. Mərkəzi Klinika, Pediatriya şöbəsi, Uşaq Cərrahiyyəsi bölməsi, uşaq cərrahiyyəsi və urologiyası uzmanı Fuad Hüseynov tərəfindən Bronxoskopiya - yəni işıqlı alətlə nəfəs borusuna girilərək yad cisim çıxarıldı. Uşaq hal hazırda evlərindədi.


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):