Xəbərlər

Möhtərəm cənab Prezident!

Möhtərəm cənab Prezident!

24 Dekabr – Doğum Gününüz münasibəti ilə Sizi səmimi qəlbdən təbrik edir, can sağlığı, ailə səadəti və ali dövlət fəaliyyətinizdə uğurlar arzu edirik.

Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikasının sosial-iqtisadi həyatının bütün istiqamətlərində, o cümlədən də səhiyyə sahəsində sürətli inkişaf baş verir. Əsası Ümummilli liderimiz Heydər Əliyev cənabları tərəfindən qoyulmuş səhiyyə siyasəti, hazırda onun layiqli davamçısı kimi Zati-aliləriniz tərəfindən uğurla inkişaf etdirilir. Səhiyyə sahəsində aparılan dərin islahatlar və müasir avadanlıqlarla təchiz olunmuş çoxsaylı səhiyyə müəssisələrinin istifadəyə verilməsi ilə xalqımıza göstərilən tibbi xidmətin həm kəmiyyət, həm də keyfiyyətinin beynəlxalq standartlar səviyyəsinə çatdırılması bu siyasətin məntiqi nəticəsidir.

Xəstəxanamızın kollektivi əmindir ki, Sizin yüksək şəxsi keyfiyyətləriniz, intelektiniz, zəngin idarəetmə təcrübəniz, tükənməz işgüzarlıq və təşkilatçılıq qabiliyyətinizə söykənən fəaliyyətiniz Azərbaycan xalqına və dövlətinə bundan sonra da yeni-yeni nailiyyətlər qazandıracaq.

Sizə uzun ömür və möhkəm can sağlığı arzulayırıq!    

 

Dərin hörmətlə; 

Mərkəzi Klinikanın kollektivi


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):