Xəbərlər

Mərkəzi Klinikada Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

Aprel ayının 28-də Mərkəzi Klinikada görkəmli alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibəti ilə geniş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə Baş direktor Dr. İxtiyar Sultanov açaraq görkəmli alimin həyat və fəaliyyəti barədə toplantı iştrakçılarına geniş məlumat verdi. O, bildirdi ki, akademik Zərifə Əliyeva tibb elminin, xüsusəndə oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təkan vermişdir.

Sonra məruzə ilə çıxış edən xəstəxananın aparıcı oftalmoloqu Arzu Eyvazova akademik Zərifə Əliyevanın Oftalmologiya sahəsində bəşəriyyətə verdiyi əvəzolunmaz elmi töhfələrdən, o cümlədən görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrindən, bu nailiyyətlərinə görə ona keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülməsindən, SSRİ-də bu mükafatı alan ilk qadın alim olmasından və s. bu kimi uğurlarından ətraflı bəhs etdi. Sonra komissiyanın sədri Dr. Yaqut Qarayeva Akademik Zərifə Əliyevanı həm də görkəmli ictimai xadim, qayğıkeş həyat yoldaşı, mehriban ana kimi nəcib və insani keyfiyyətlərindən danışdı.

Tədbirin sonunda görkəmli akademik Zərifə Əliyevaya həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):