Populyar məqalələr

Boyun Fəqərəarası Disk Yırtığı

Boyunda yeddi fəqərə vardır. Hər fəqərələr arasında fəqərəarası disk yerləşir. Bu disk amortizator rolu oynayır və boynumuzun fırlanmasını və bükülməsini təmin edir. Bu disk toxumasının yırtılaraq onurğa kanalına doğru yerdəyişməsinə və nəticədə onurğa beyni və sinirlərə təzyiq etməsinə “Boyun disk yırtığı” xəstəliyi deyilir.

Əlamətlər:

  • Başlanğıcda yüngül ağrılar ilə başlayır, boyun tutulması olur, işləmək çətinləşir, hər hansı yük daşımaq boyun və kürəkdə ağrılara səbəb olur.
  • Yırtıq zamanı ağrılar sadəcə boyunda deyil, təzyiqə məruz qalan sinir boyunca kürək, çiyin , qol, əl bölgələrində də olur. Ağrı əsasən gecə yuxuda artır.
  • Bu xəstələrdə sinir üzərində olan təzyiq əllərdə və qollarda gücün zəifliyə və keyləşməyə səbəb olur. Əlindən tez-tez əşyaların düşməsinə səbəb olur.
  • Hər hansı bir kəskin hərəkət və ya ağır yük qaldırma olmadan olan ağrıların səbəbi boyun disk yırtığı ola bilər.
  • Boyun yırtığı zamanı olan ağrılar başı sağa sola çevirməni ,arxaya əyməni çətinləşdirir. Bu hərəkətlərin edilməsi kəskin ağrılara səbəb olur.
  • Bundan başqa ənsədə ağrı, başgicəllənmə, qulaqlarda səs, ürəkbulanma ola bilər. Xəstəliyin irəliləməsində isə sidik və nəcisi saxlamamazlıq əmələ gələ bilər.

Xəstəliyin səbəbləri:

  • Boyuna təsiri olan travmalar (avtomobil qəzası, başın sürətli şəkildə irəli və ya geri hərəkəti, yıxılma) və yalnış duruş. 
  • Yaş artdıqca disklərdə olan mayenin azalması nəticəsində də bu xəstəlik əmələ gələ bilər
    • Boynun uzun müddət eyni pozisiyada tutulması kompyuter işlədərkən,telefona baxkarkən, TV izləyərkən)
      • Boyunla kəskin hərəkət edilməsi
      • Boyuna çox yüklənmə
      • Zərbə alınması
      • Revmatik xəstəliklər
      • Əzələ zəifliyi
      • Kontrolsuz edilən idman
      • Yaşa bağlı olaraq olan degenerasiyalar

Bundan başqa; saçların islaq qalması, uzun zaman kondisioner altında oturmaq da səbəb ola bilər.

Müalicəsi:
Xəstəliyin dərəcəsinə görə konservativ , fizioterapiya və ya cərrahi müalicə təyin olunur.
Cərrahi əməliyyat zamanı Disk yırtığı təmizləndikdən sonra həmin məsafəyə süni disk –xüsusi material yerləşdirilir.

Boyun MRT: C5-C6 disk yırtığı

Neyrocərrah Dr. Vüqar Mirzəliyev


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):