Populyar məqalələr

Övladımda revmatoloji xəstəlik varmı?

Əziz valideyinlər! Övladlarınızda aşağıda qeyd olunan şikayətlərdən birini müşahidə edərsinizsə mütləq həkimə müraciət edin. 

  1. Ailə üzvlərində (yaxın qohumlarda) psoriaz xəstəliyi varmı? Dəridə olan dəyişiklər revmatoloji xəstəliyin ilk simptomu ola bilər.
  2. Övladınızın hər hansı bir oynağında travmadan sonra olmayan şişkinlik və yerli istilik varmı? Əksər hallarda zədələnən diz oynağı olur.
  3. İstirahət zamanı uşaq qeyri-adi duruşda olurmu? Oynaqlarda ağrı ilə əlaqədar uşaq məcburi pozisiya alır.
  4. Uşağın hərəkətlərində qeyri-adilik varmı? Zədələnmiş oynaq (oynaqları) qoruma məqsədi ilə məcburi hərəkətlər. Məsələn, axsama.
  5. Övladınızda səhərlər çox uzun sürməyən hərəki məhdudiyyət müşahidə edirsinizmi? Günün ilk addımlarını atmaq üçün əziyyət çəkirmi?
  6. Uşaqda tez yorulma , hər hansı bir hərəkəti etməkdən çəkinmə müşahidə edirsinizmi? Məsələn, gəzinti zamanı qucağa istəməsi və ya çeynəməyə çətinlik çəkdiyi zaman ( çənə oynaqlarının iltihabi zamanı) bərk qidadan imtina etməsi.
  7. Körpənizin narahat yuxusu varmı? Yuxulu olub yataqda çevrilərkən ağlaması və ya inildəməsi varmı?
  8. Uşağın davranışında aqressivlik və ya həddən artıq həssaslıq müşahidə edirsinizmi? Buna səbəb, ətraflarda ağrı ilə əlaqədar balacaların yaşıdları ilə aktiv oyunlarda iştirak edə bilməməsi, tez yorulması ola bilər.
  9. Övladnızda görmə problemi varmı? Bəzən revmatolji xəstəliklər oynaqlardan öncə məhz gözlərin zədələnməsi ilə başlayır.
  10. Uşaqda səbəbi bilinməyən yüksək hərarət varmı?

Pediatr-revmatoloq Dr. Sevda Mustafayeva


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):