Xəbərlər

Mərkəzi Klinika Uşaq Mərkəzi

Mərkəzi Klinika açıldığı gündən Klinikamızın nəzdində Uşaq Mərkəzi fəaliyyət göstərir. Mərkəzimizdə bütün profil ixtisaslar üzrə həkimlər çalışır. Həkimlərimiz-müxtəlif ölkələrdə kurslar keçmiş mütəxəssislərdir. Türkiyə Cümhuriyyəti, Avstriya, London Universitet və xəstəxanaları kimi mərkəzləri misal göstərmək olar. Mərkəzimiz 7 gün 24 saat fəaliyyətdədir. Təcili yardım, Stasionar, Poliklinika, Neonatologiya bölümlərinə sutka ərzində yüzlərlə  xəstə müraciət edir. Təcili yardıma müraciət edən hər bir xəstəyə müvafiq ilk yardım göstərildikdən sonra  xəstəliyindən asılı olaraq ambulator  ya stasionar yatışa yada reanimasion yatışa verilir. Klinikada müalicəyə ehtiyacı olmayan xəstələr ətraflı yoxlanışdan keçirilir və onlara  müvafiq müalicə təyin olunur. Stasionar yatışa verilən xəstələr 7 gün 24 saat növbətçi həkim  və tibb bacılığı personalı  tərəfindən nəzarətdə saxlanılır. Növbətçi personal  müalicə həkiminin verdiyi təyinatın yerinə yetirilməsi , lazımi laborator analizlərin, instrumental müayinələrin vaxtında həyata keçirilməsi üçün məsuliyyət daşıyır. Poliklinika bölməsi həftədə 6 gün 9:00-17:00 arasında fəaliyyət göstərir. Poliklinik bölümdə bütün dar ixtisaslar üzrə: Neonatoloq, Allerqoloq, Endokrinoloq, İmmunoloq, Revmatoloq, Nefroloq, Hematoloq, Qastroenteroloq, pediatrik nevropatoloq, pediatrik kardioloq, uşaq Cərrahlarımız və s. həkimlərimiz çalışır.

Mərkəzimizdə bir sıra ağır cərrahi patologiyaların əməliyyatı və əməliyyat sonrası nəzarəti (istər pediatrik, istər neonatal) ağır kardioloji problemi olan uşaqlara professional qulluq və yardım, invaziv kardioloji prosedurlar həyata keçirilir.

Uşaq Mərkəzində eyni zamanda doğuş və keysəriyyə əməliyyatı ilə doğulan bütün normal körpələrimizə neonatoloji  fiziologiya bölümündə nəzarət olunur. Bu uşaqların 3 gün yatış günlərində saatliq vizitləri ,  doğum sonrası ilk 3 peyvəndinin vurulması, nevropatoloq tərəfindən baxımı, bir ayına kimi  müntəzəm kontrolları həyata keçirilir. Vaxtından əvvəl doğulmuş  və ya  müəyyən patologiyalarla doğulan uşaqlarımız isə vəziyyətin ağırlığından asılı olaraq intensiv terapiya və ya reanimasiya şöbəsinə köçürülür, lazımi müayinə və müalicələr aparılır. Neonatoloqlarımız tərəfindən SV aparatında izləm, Exchange (qan dəyişmə)  əməliyyatı, ekstremal az çəkili uşaqların müalicəsi, yenidoğulmuşlarda metabolik və genetik xəstəliklərin screening testləri, ROP (göz dibi müayinəsi), eşitmə testi  və bu kimi bir sıra xidmətlər həyata keçirilir. Eyni zamanda həkimlərimiz tərəfindən Elmi- Araşdırma işləri də aparılır. Neonatal reanimasiya şöbəsi  və pediatrik bölümdə çalışan həkimlərimiz  digər klinikalarda ağır doğulan, yardıma ehtiyacı olan körpə pasientlərimizə şəhərdaxili,  ölkədaxili, ölkəxarici  transport xidmətini də həyata keçirirlər.

Son olaraq fərəhlə qeyd etmək istərdik ki, bu günə qədər Azərbaycanda yaşadılan ən az çəkili uşaq  500 qram çəkidə doğulub və bizim mərkəz tərəfindən yaşadılıb. Hal hazırda körpə balamızın 2 yaşı var və heç bir göstərici  ilə yaşıdlarından fərqlənmir. Neonatal reanimasiya şöbəsindən evə yazılan bütün körpələr daimi dinamik nəzarətdədirlər və bu günə qədər olan statistik məlumatlarımıza əsasən uşaqlarımızın  psixo-fiziki və nevroloji inkişafında heç bir qüsur izlənmir.

Tərtib etdi: Neonatoloq Dr. Vəfa Hacıyeva


Randevu

Aşağıdakı formu doldurmaqla Mərkəzi Klinikada fəaliyyət göstərən həkimlərin qəbuluna öncədən yazıla bilərsiniz.

Qeyd: Randevu istəyinizlə bağlı olaraq cavab müəyyən müddət sonra daxil etdiyiniz e-mail ünvanına göndəriləcəkdir.

Ad, soyad (*) :
E-mail :
Qeydlər (*):