12.09.2014 Hörmətli, Toğrul həkim salam! Hər vaxtınız xeyirli olsun! Mən 77 yaşında təqauddə olan müəlimməm. Bu ilin avqust ayının 25-26-ı tarixlərində Sizin klinikanın xəstəsi olmuşam. Bu minnətdarlıq məktubumu yazmasam ömrüm boyu vicdan əzabı çəkərəm, özüm-özümü qınayar və Sizin klinikada mənə göstərilən hhər cür xidmət haram olar. İki il idi ürəyim məni narahat edirdi. Sizin klinikaya getmək məsləhət oldu. Hansı məşhur bir tibb alimi demişdir: - Əgər həkim ilə ilk söhbətdən sonra xəstə özünü yaxşı hiss etməsə, o həkim deyil. Klinikada məni çox səmimi, mədəni, yüksək etikalı, insanpərvər və mehriban bir həkim müalicə etməli oldu. Bu şəxs ömeüm boyu yaddan çıxarmayacağım, mənə yeni həyat bəxşedən gözəl insan Firdovsi ibrahimov oldu. Mənvə ailə üzvlərimiz firdovsi həkimə öz minnətdarlığımızı, təşəkkürümü bildiririk. Ona can sağlığı, istədiyi ömrü yaşamağı və ailə səadəti arzulayırıq. Ümumiyyətlə, klinikadan səliqə-sahman, istər tibb bacılarının, istərsə də həkimlərin xəstələrə olan münasibəti və xidməti yüksək səviyyədədir. Bu ondan irəli gəlir ki, Togrul həkim, rəhbərliyin nəzarəti, tələbi və işimizdə yeni-yeni nailiyyətlər arzu edirəm. Böyük hörmətlə, Hafis Abbasov. Şirvan şəhəri.
Uşaq Xəstəlikləri
Ana səhifə -> Sizin suallarınız -> Uşaq Xəstəlikləri
Salam, 1,5 aylıq uşaq 10 gün ishal və yüksək hərarətlə (41) xəstəxanada müalicə alıb. Sistem köçürülüb, seftrakson 7 gün alıb. Vəziyyəti düzəlməyib. Sonra evə gəlib 3 gün Sumamed alıb. Hal-hazırda vəziyyəti qənaətbəxşdi, hərarət 38,5-dən aşağı düşmür. İbupren sirop və cefecon çam hərarəti salmır. Uşaq rayonda yaşayır, və heç bir analiz yoxdu. Nə məsləhət görərdiz? Salam
10.07.2010

Suala cavab verir pediatr Dr. Əli Quliyev

3 ayın altındakı uşaqlarda qızdırma önəmli bir problemdir ve bu şəkildə qızdırması davam edən uşaqların xəstəxanaya yatırılaraq həkim nəzarətində saxlanılması və ciddi bir şəkildə analiz olunması lazımdır.

Klinikamıza müraciət edə bilərsiniz. Ünvan və əlaqə telefonlarımız ilə burada tanış ola bilərsiniz.

Dr. Əli Quliyevin müayinəsinə isə burada yazıla bilərsiniz.

Sualı vermək
Digər suallar

Salam. Mənim uşağımda allergiya var və mən uşaq allerqoloquna müraciət etmək istərdim. Amma həkimlərin içində bu ixtisaslı həkimə rast gəlmədim. Mənə kömək edə bilərsininiz? İlaha
Salam! Mənim övladım yeni olub hələ bir aylıq deyil. Boynunda şiş var və bir həkim əzələsi qopub deyirlər. Mən sizdə savadlı cərrahların olduğunu eşitmişəm və orda müayinə etdirmək isteyirəm. Mən ilk növbədə nə etməliyəm və ümumiyyətlə məbləği bilmək istərdim. Təşəkkürlər. Samir
Salam. Mənim körpəm 17 günlükdü ağız nahiyəsində göyərmələr olur. Bu nə dərəcədə ciddidir. Əvvəlcədən təşəkürlər. Gunel
Salam. Körpədə 10 gününə kimi Fizioloji sarılığı keçməsə bu nə dərəcədə ciddidir? Gunel
 
© 2008-2010 All rights reserved MK
Site development by Siteman

18.09.2014 | 18:40

Məqalələr Xəbərlər