Salam! Xahiş edirəm sualıma cavab verəsiniz. Bu ilin mart ayından ailəliyəm. Mart ayının 21-i aybaşı oldum. Aprel ayında isə 23-ü aybaşı olmadım. 2 gün müddətində sonlarda olduğu kimi tünd rəngdə maye gəldi. May ayında isə heç bir şey olmadı. Sidik testi etdim 2 xətt göstərdi. Qan analizi verdim orda isə çixmadı. USM-ə getdim falekulumun partlamamması aşkarlandı. Bundan sonra Həkimə müraciət etdim. Dufaston dərmanını atdım sonra isə aybaşı gəldi. Aybaşımın 1-ci günündən Həkim femaston dərmanını təyin etdi və bu 28 gün davam elədi. Bu gün bitdi. Prolaktinda norma çıxıb matkada təmzdi. Hamilə qalmağımı tezleşirmək üçün nə edə bilərəm? Xalq təbabətində bel çekmə var. Deyilenə görə belə şeylərə inanmaq olar? və bu bir köməklik edə bilər? Nərmin xanım 20.07.2012
Salam. İlk növbədə sadəcə follikulun yetişməsinin USM vasitəsilə təqibini, daha sonra təbii yolla hamilə qalmağı planlayın. Bu üsulla hamiləlik alınmazsa,başqa üsullarla müalicəyə başlayın.