Qadın xəstəlikləri
Ana səhifə -> Sizin suallarınız -> Qadın xəstəlikləri
Salam Rəşad Dr. Məndə 3 ildi ki, UDS var idi. Yoxlanışa gedəndə həkim eroziyam olduğunu dedi, və spiralı çıxartdı. Solkovaqinlı iki dəfə yandırdı (1 hefteden bir) Hec bir müayinə və analiz etmədən eroziyanı yandırmaq nə qədər düzğündü. Sualım isə yandırılmanın səhəri günündən şam qoymaq olarmı. Həkim Xaluron şamı yazıb. İnternetdə isə oxudum ki, vaqinalnı nə isə qoymaq ancaq 1 aydan sonra olar. Cavabınızı səbirsizliklə gözləyəcəm. Xalida
12.02.2010

Suala cavab verir
mama-ginekoloq Dr. Rəşad Sultan


Salam. Yaxşı olardı ki, yandırmadan əvvəl ``pap-smear`` dediyimiz vaginal yaxma götürüləydi. Amma o yaxmani indi də götürmək olar. Yandırmadan sonra şam yazılması yanlış deyil.

Klinikamıza müraciət edə bilərsiniz. Ünvan və əlaqə telefonlarımız ilə burada tanış ola bilərsiniz.

Dr. Rəşad Sultanın müayinəsinə isə burada yazıla bilərsiniz.

Sualı vermək
Digər suallar

Mümkünsə mənə başa salardınız bazalni temperatur nece ölçülür? Menustrasiyanın neçənci günündən neçənci gününə kimi ölçülür və saat neçədə? Öncədən təşəkkür edirəm! Nona
Salam. Sizə sualım belədir. Məndən yaşıl hardasa bəlgəmə bənzər axıntı gəlirdi. Heç bir qoxusu və qaşınma yox idi. Bu 2 gün çəkdi. Qeksikon şami qoydum, indi azalıb. Həm də rəngi də dəyişib. Sarı rəngdədi. Amma azdı. Sizcə bu xlamidiya ola bilər? Durnise
Salam, mənim 24 yaşım var. Yumurtalıqlarımda polikistoz var, qanımda testesteron, DHA, progesteron, prolaktin normadan çoxdu, qirsutizm də var. Aybaşı isə gecikərək olur. Sualım: polikistozu müalicə eləmək mümkündür? Arzu
Salam həkim, Mərkəzi Klinikada HPV virusuna qarşı vaksin var? Və ya yoxdursa nə vaxt gətiriləcək? Çünki dünyanın hər bir yerində illərdi bu vaksinlər var və saysız qadınların həyatını qurtarıb. Gulya
 
© 2008-2010 All rights reserved MK
Site development by Siteman

26.10.2014 | 09:26

Məqalələr Xəbərlər