Ürək xəstəlikləri
Ana səhifə -> Sizin suallarınız -> Ürək xəstəlikləri
Koronar angioqrafiya etməzdən əvvəl xəstəni necə müayinə edirsiniz və bu proses neçə saat getməlidir? Xəstəyə sistem köçürdülürmü? Mən eşitmişəm ki, sistem olmaz.Tromb ola bilər və bu da nəticədə ölümlə neticələnər. Bu hal mümkündürmü? Niyameddin
28.04.2010

Suala cavab verir
Mərkəzi Klinikanın Ürək Mərkəzinin müdiri, kardioloq
Dr. Üzeyir Rəhimov


Koronaraqrafiyadan əvvəl xəstənin şikayətləri soruşulub, fiziki müayinə edilir, yanaşı xəstəlikləri soruşulur.
Daha sonra EKQ çəkilir, qanın ümumi analizi aparılaraq qansızlıq, qanın pis xəstəlikləri, infeksiya olub olmadığı yoxlanır.
Qanda kreatinin, Ast və Alt analizləri ilə böyrək və qaraciyər funksiyası yoxlanır, çünki böyrək çatışmazlığı varsa koronaraqrafiya etmək riskli ola bilər.
Qanın protrombin zamanı ilə duruluğu yoxlanır, çünki müayinə sonrası qanama fəsadları ola bilər.
Müayinə 15 dəqiqə çəkir. Sistem köçürüləbilər.
Koronaraqrafiyanın fəsadları son dövrdə yox səviyyəsindədir, sadəcə yaşlı insanlarda fəsadlar ola bilər.
Ayaqdan aparılan müayinədən sonra 4 saat Xəstəxanada qalınmalıdır, qoldan aparılacaqsa 1 saat Xəstəxanada qalınmalıdır.
Koronaraqrafiya sadəcə diaqnostika metodudur, müalicəvi effekti yoxdur, sadəcə nə olduğunu göstərir.

Klinikamıza müraciət edə bilərsiniz. Ünvan və əlaqə telefonlarımız ilə burada tanış ola bilərsiniz.

Dr. Üzeyir Rəhimovun müayinəsinə isə burada yazıla bilərsiniz.

Sualı vermək
Digər suallar

Salam. Mən aritmiya xəstəliyi barəsində məlumat almaq istərdim. Punhan
Salam. Mədəciklər arası çəpərin qüsurunun invaziv yolu ilə bağlanması dedikdə nəyi nəzərdə turursunuz. Və burda göstərilən qiymət tam müalicə müddəti üçün nəzərdə tutulub yoxsa yalnız hər günün qiyməti gostərilib. Samir
Salam. Mənim nəvəmin (4 aylıq) ürəyində mədəciklər arası cəpərin perimembranoz defekti var. 0.4 sm. Xahiş edirəm müalicə üsulları barədə məlumat verəsiniz. Fərmayıl
Salam!! Mən Sizdən məsləhət almaq istəyirəm!!! Sualım həyat yoldaşım ilə bağlıdır. Onun 25 yaşı var, birinci və ikinci doğuşda onun bədənində, qolunda və xüsusilədə ayaqlarında qaşıntılar başladı. Bir müddət keçəndən sonra qaşıntılar keçdi. İndi yenədə qaşıntısı başlayıb, təkcə ayaq barmaqlarının uc hissələri qaşınır. Birdə ki, ayaqları çox vaxt göyərir (topuqdan aşağı olan hissəsi) sanki qan işləmir (bu vaxt daha çox qaşınır), həmdə ki, çox vaxtlar əli və ayağı soyuq olur. Birdə xatırladım ki, onun həmdə revmatizması var. Bu dediklərim revmatizmadandır yoxsa başqa bir şeydir???? Əvvəlcədən Sizə təşəkkür edirəm!!! Zaur Movlayev
 
© 2008-2010 All rights reserved MK
Site development by Siteman

24.09.2014 | 03:23

Məqalələr Xəbərlər