02.05.2013 Mənim qadaşıma, infakt keçirəndən sonra Anju olunmaqla 2 stent (1 gün arada fasilə olmaqla) qoyulub. Sonra məlum olub ki, ürəyinə su yigilib. Hazirda dərman qəbul etməklə suyun miqdarı 50 enib%-ə və su çəkilir. Pasientin! < font> təzyiqi aşağıdır, 60-30-dur, təngənəfəslikdə var. Həkiminin icazəsi ilə tort yedi, indi də köpdən əziyyət çəkir, onu da deyim ki, pasientin qaraciyərində daşlaşma, böyümə, piyləşmə var, amma ürək həkiminə bunu deməyib. Kardioloq deyə bilərmi, köpmənin, təzyiqin 60-30 olmasının qaraciyərdə gedən proseslərlə əlaqəlidirmi? Əgər 2 stent qoyulmuş pasientin qaraciyərində problem varsa, kardioloq konselsium şəklində, ciyər ixtisasına malik başqa həkimlə məsləhətli şəkildə müalicə etməlidirmi? Əvvəlcədən, sualımı cavablandıracaq hörmətli kardioloqa öz təşəkkürümü bildirirəm! Sağ olun!
Hamiləlik və doğum
Ana səhifə -> Sizin suallarınız -> Hamiləlik və doğum
Salam Doktor. Mən arzuolunmaz hamiləlik keçirirəm. Əvvəlcə aybaşı pozqunluğu deyə doktora gecikdim. İş saatım doktora getməyi engelledi. 21 həftəsində dekabrın 26-sı bilmişəm ki hamiləyəm. İndi 26-27 həftədəyəm. Aldırmaq istəyirəm, nə dərəcədə təhlükəsizdir? İlhame
28.01.2010

Suala cavab verir
Mərkəzi Klinikanın Qadın Mərkəzinin müdiri, mama-ginekoloq
t.e.n. Dr. Mahirə İsmayılova


Təbii ki 26-27 həftəlik hamiləlik - bu artıq böyük bir hamiləlikdir. Bunun pozdurması tibbi, psixoloji hətta etik cəhətdən düzgün deyil. Ona görə ki artıq bu canlı bir uşaqdır (20 həftədən sonra bu artıq döl deyil). Bu uşaq doğularsa - onun yaşama ehtimalıda var. Dünya praktisında 20-22-ci həftələrdə doğulan, çəkisi 500 qr üstündə olan uşaqlar bəzən yaşayırlar. Buna görə də etik cəhətdən bu düzgün deyil.

Tibbi tərəfdən bu dövrdə hamiləliyin pozulması bir çox fəsadlara gətirıb çıxara bilər. Qanaxma ola bilər, hətta qadın öz uşaqlığını itirə bilər, müəyyən travmalar ola bilər. Hətta doğuş baş verməyə bilər və həkimlər kiçik bir keysəriyyə əməliyyatı etmək məcburiyyətində ola bilərlər.

Sizə yeganə bir məsləhətim bu hamiləliyi normal vaxta başa çatdırasınız.

Amma əgər bir insan hamiləliyi istəmirsə, bunu öncədən düşünməlidir. Sizin 26 həftəyə gədər heyli vaxtınız olub. Siz dəfələrlə həkimə müraciət edə bilərdinir, US müayinəsi hamiləliyi göstərərdi və hamiləliyi 3 ayına gədər Siz pozdura bilərdiniz.

Sualı vermək
Digər suallar

Salam. Qastroşizesle bağli sualım var. Bilirəm ki, doğumdan sonra uşaq əməliyyat olmalıdır, bəs ondan əvvəl bir tedavi olunması gərəkirmi? Hal hazırda hamiləliyin 20-ci həftəsindəyəm. Rəna
Salam. Yan mədəcikdə genişlənmə 5.9 mm bu nə deməkdi. Mümkünsə mənə izah edərdiz. 7 aylıq hamiləyəm. Öncədən təşəkkür edirəm. Sabina.
Salam doktor! 1. Bilmək istərdim ki, hamilə olmayan zaman qanda prolaktinin normal miqdarı nə qədər olmalıdır? 2. Əgər prolaktinin miqdarı normadan artıqdırsa bu hamiləliyin qarşısını nə dərəcədə ala bilər? 3. Və prolaktinin miqdarını normallaşdırmaq üçün heç bir addım atılmasa onun səviyyəsi tədricən azala bilərmi (və ya əksinə)? Minə Aşurbəyli
Salam, 13 həftəlik hamiləyəm. Qan analizi zamanı məndə 87% "rubella" adlanan mikrob çıxdı. Həkim qanımın yuyulmasını məsləhət gördü. Sizcə, bu nə qədər düzgündür, və ya vacibdirmi? Öncədən təşəkkürlər. Sona
 
© 2008-2010 All rights reserved MK
Site development by Siteman

18.04.2014 | 18:06

Məqalələr Xəbərlər