Suala cavab verir
Mərkəzi Klinikanın Qadın Mərkəzinin müdiri, mama-ginekoloq
t.e.n. Dr. Mahirə İsmayılova
Hamilə qalmaq üçün qadın bir neçə əsas müayinədən keçməlidir. Sizin yoldaşınız mütləq spermoqram verməlidir. Siz altı aydan çox evli olduğunuz üçün mütləq Sizin borularınız yoxlanılmalıdır və müvafiq hormonal təhlilər aparılmalıdır. Əgər bu müayinələr zamanı hər hansı dəyişikliklər üzə çıxır - onlar müalicə olunmalıdır, problem yoxdursa - qadının ovulyasiyasının induksiyası aparılmalıdır. Klostilbeqitdə istifadə edilə bilər, lakin çox vaxtı bu dərman effektiv olmur və onun üçün digər dərmanlardan istifadə olunmalıdır. Əgər bu müalicələr effekt vermirsə, bundan sonra daha dərin müalicələr məsləhət görülür (məsələn, İUİ - uşaqlıq daxili inseminasiya). Müalicələr ancaq Sizi təqib (müalicə) edən ginekoloqla birgə təyin edilə bilər.