12.09.2014 Hörmətli, Toğrul həkim salam! Hər vaxtınız xeyirli olsun! Mən 77 yaşında təqauddə olan müəlimməm. Bu ilin avqust ayının 25-26-ı tarixlərində Sizin klinikanın xəstəsi olmuşam. Bu minnətdarlıq məktubumu yazmasam ömrüm boyu vicdan əzabı çəkərəm, özüm-özümü qınayar və Sizin klinikada mənə göstərilən hhər cür xidmət haram olar. İki il idi ürəyim məni narahat edirdi. Sizin klinikaya getmək məsləhət oldu. Hansı məşhur bir tibb alimi demişdir: - Əgər həkim ilə ilk söhbətdən sonra xəstə özünü yaxşı hiss etməsə, o həkim deyil. Klinikada məni çox səmimi, mədəni, yüksək etikalı, insanpərvər və mehriban bir həkim müalicə etməli oldu. Bu şəxs ömeüm boyu yaddan çıxarmayacağım, mənə yeni həyat bəxşedən gözəl insan Firdovsi ibrahimov oldu. Mənvə ailə üzvlərimiz firdovsi həkimə öz minnətdarlığımızı, təşəkkürümü bildiririk. Ona can sağlığı, istədiyi ömrü yaşamağı və ailə səadəti arzulayırıq. Ümumiyyətlə, klinikadan səliqə-sahman, istər tibb bacılarının, istərsə də həkimlərin xəstələrə olan münasibəti və xidməti yüksək səviyyədədir. Bu ondan irəli gəlir ki, Togrul həkim, rəhbərliyin nəzarəti, tələbi və işimizdə yeni-yeni nailiyyətlər arzu edirəm. Böyük hörmətlə, Hafis Abbasov. Şirvan şəhəri.
10.09.2014 Mərkəzi Klinikanın Baş həkimi cənab K. Musayevə. Hörmətli, Kamran müəllim! İnsan da bioloji varlıqdır. Bütün canlılar kimi o da xəstələnə bilir. Belə bir hal mənimlə də baş verdi. Ağır damar diaqnozu ilə 2 sentyabr 2014-cü il tarixində yüksək şərəf və bacarıqlı rəhərlik etdiyiniz xəstəxanaya yerləşdirildim. Bir gün sonra Sizin və əməkdaşlarınızın şəfalı əlləri ilə cərrahiyyə əməliyyatı olundum. Şəxsən baş həkimin qızıl barmaqlarının gördüyü əməliyyatdan 2 gün sonra səhhətim dəqiqəbədəqiqə düzəlməyə başladı. Bu gün artıq xəstəxananı razılığımla tərk edirəm, özümü quş kimi hiss edirəm. Bütün bunlarla yanaşı xidmət personalı, tibb personal haqqında ən xoş sözləri Sizə çatdırmaq istəyirəm. Dövlət dilinin yüksək təbliği, hər kəsə, hər bir xəstəyə onun cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq bərabər bərabər diqqət göstərdiklərinin, heyran olduqlarının kiçik bir hissəsidir. Amma bir şey də xatırlanmalıdır. İnam bu siyasi bir fikir deyildir. Biz hamımız bu gün işlətdiyimiz, müalicə olduğumuz klinikalara, Sizin kimi gənc kardioloqların yetişdirilməsi üçün mərhum Heydər Əliyevə borcluyuq. Allah ona rəhmət eləsin, dövlətimizi nəzərdə saxlasın. Dərin hörmətlə, k.t.e. doktoru,professor AMEA-nın müxbir üzvi, Aqrar Uni-nin rektoru İbrahim Cəfərov
08.09.2014 Mərkəzi Klinika Xəstəxananın baş direktoru Toğrul Adıgözəlov cənablarına. Azərbaycan Respublikası Çernobıl Əlilləri İttifaqı Qaradağ rayon şöbesinin rehbərliyi Sizin nəzərinizə çatdırır ki, Çernobıl Əlilləri Cəmiyyətinin üzvü ömürlük 2 dərəcəli Çernobıl əlili Əzizov Natiq Cəfər oğlunun qızı Hüseynova Nuridə Natıq qızı 14 avqust 2014-ci il Mərkəzi Klinika xəstəxanasına müraciət etmişdir. Həkimlərin səyi nəticəsində əkiz övladlar dünyaya gəlmişdir. Hüseynov və Hüseynova adsızlar vaxtından əvvəl dünyaya gəldiyi üçün “yarımçıq doğulmuş” dionozu ilə Reanimasiya şöbəsinə yerləşdirilmişdirlər. Çernobıl əlili Əzizov Natiq Cəfər oğlunun maddi vəziyyəti yaxşı olmadığı üçün köməklik edilməsi üçün sizə müraciət etmiş və mübət cavab almışdır. Klinikada qaldığı müddətdə əkiz uşaqlara tibbi personal tərəfindən yüksək xidmət göstərilmişdir. Tibbi xidmət zamanı ödənişlərin ödənilməsində sizin tərəfinizdən güzəştlərin edilməsini alqışlayır və Sizə və rəhbərlik etdiyiniz kollektivə öz dərin təşəkkür və minnətdarlığımızı bildiririk. Hörmətlə, Azərbaycan Respublikası Çernobıl Əlilləri İttifaqı Qaradağ rayon şöbesinin sədri Raida xanım Məmmədova
Sizin suallarınız
Ana səhifə -> Sizin suallarınız
Yalnız göstərin:
Ağ-ciyər Xəstəlikləri    Allerqoloq    Alqoloq    Beyin cərrah    Damar cərrahı    Dermatoloq    Digər    Endokrinoloq    Epidemyoloq    Fizioterapevt    Genetik    Ginekologiya    Göz xəstəlikləri    Hamiləlik və doğum    Hematoloq    Laborator analizlər    Mədə-bağırsaq xəstəlikləri    Nevropatoloq    Onkoloq    Ortoped-travmatoloq    Plastik cərrah    Proktoloq    Psixoterapevt    Qadın xəstəlikləri    Qulaq Burun Boğaz xəstəlikləri    Stomatoloq    Süni mayalanma    Terapevt    Ümumi cərrah    Uroloq    Ürək xəstəlikləri    Uşaq Xəstəlikləri    Yuxu mərkəzi

25.06.2010 Salam, mənim oğlumun 6 yaşı var və o ayaqda dayana və yeriyə bilmir, həkimə göstərmişik, qoyulan diaqnoz 'Ushaq serrofroz iflici' olmuşdur. Deyirlər beynində suyun miqdari artıqdır, zəhmət olmasa deyin, bu xəstəliyin müalicəsi mümkündürmü? Əvvəlcədən təşəkkür edirəm. Fariz Memmedov
25.06.2010 Salam, mən qadınla olanda qurtara bilmirəm yada gec qurtarıram. Bu içkinin təsirindən ola bilərmi? Həmdə mənim penisimdə aşağı doğru əyrilik var bunun ziyanı yoxduki? Natiq
25.06.2010 Salam doktor. Mənim 19 yaşım var və boyum 172 sm-di. Mənim buyumu uzatmaq olar? Əməliyyatsız... Təşəkkür edirəm. Kenan
25.06.2010 Salam Üzeyir həkim. Doktor mən sizin xəstəniz olmuşam hal hazırda problem bacımla bağlıdır. Onun (25 yaş) ayaqlarında damarlar çıxıb, əl ilə bir az bərk sıxdıqda göyərmə yaranır. Tez-tez ayaqda yanma və damar partlaması yaranır. Həkim bunun hansı səbəbdən yaranmasını bilmək üçün hansı müayinələrdən keçmək lazımdır? Fizuli
25.06.2010 Salam, həkim, sizdən xahişim mənə babasil haqqında məlumat verməyinizdi. Məndə babasil yaranıb, bağışlayın, arxadan bayıra nəsə çıxır, qan gəlir. Tez-tez boyuk bayıra gedə bilmirəm gəbizlik çox güclüdü, 2 saatnan otururam alınmır, otura bilmirəm. Bu xəstəliyin müalicəsi varmı əməliyyatsız? Vusale
24.06.2010 Salam Həkim... Mənim problemim ondan ibarətdir ki, 4-5 gündür sidik yolunda azacıq qaşınma var və sidiyə gedərkən göynətmə olur... Bunun problemi nədir? Rufat
24.06.2010 Salam, həkim! Sizi ayaqlarımda, oynaqlarımda olan ağrılara görə narahat edirəm. Həkim, məni 3,4 il bundan əvvəl sol ayağımın baş barağında olan ağrılar narahat etməyə başladı. Artıq 2 ildirki nəinki ayaqqabı hətda çəkələkdə geyinəndə ağrı məni öldürür. Bu ağrı ilə bərabər topuq, diz və bud oynaqlarındakı ağrılar həddindən artıqdı. Ayaqlarımda şişkinlik çox olur. Dəfələrlə müalicə almışam, hal-hazırda da müalicə alıram. Amma heç bir effektin görmürəm. Qoyulan diaqnoz; deformasiya edici osteortiroz. Qanda sidik turşusunun miqdarı 8,9-du. Sizinlə necə əlaqə saxlamaq olar? Xahiş edirəm, bir həkim kimi köməyinizi əsirgəməyəsiniz. Əvvəlcədən təşəkkürlər!(yaşım 54, çəkim isə çoxdur) Solmaz
23.06.2010 Salam. Həkim, sizdə keçirilən sünnət kompaniyasında lazerlə sünnət edirlər? Aynur
23.06.2010 Salam Ülkər həkim. Mən sizin adınızı eşitmişəm, mən Z. Əliyeva adına göz inistutunda düz 6 il M.Mamedovun yanında müalicə almışam. Heç bir xeyri olmadı. Göz saridan çox əziyyət çəkdim. əfsuslar olsun ki, indi oğlumda da bu problem var. Mən oğlumu sadəcə yoxlatmaq üçün həkimə apardım və aydın oldu ki, oğlumun 1 gözündə 50% digərində 70% görmeəi var. Bilmirəm, həkim bunu məni sakitləşdirmək üçün dedi ya nəsə, dedi 6 yaşlı uşaq üçün 70% normadi, amma o biri 50%-ə görə narahat olmağa dəyər əvvəl qanından analiz verin. Həkim necə olacaq oğlumun gözü? Mən neçə ildi zülüm çəkirəm. Özüm 2-ci qrup əllilik alıram gözümə görə. Oğluma necə kömək etmək olar? Çox xahiş edirəm mənə cavab yazasınız. Aynur Memmedova
23.06.2010 Salam həkim. Mənim oğlumun 6 yaşi var. Boğazında adenoidi var, revmatizmasından analiz verdik normadan 3qat artıqdır. Exokardioqrammasını da çixartdiq. Həkim dedi aorta qapaqlarında kalcifikasiya gedir. Tez bir zamanda boğazındaki ət və ağzındaki çürük dişlər çıxarılmalıdı. Lor isə deyir ki əvvəl revmatizmi müalicə olunmalıdırki biraz sonsun yoxsa əməliyyat vaxtı qan fısqırar. Həkim bu fikirlərin hansı doğrudur və olar ki heç əməliyyat olmasın. Düzdü zəif uşaqdı, tez-tez tərləyir amma inanmıram ki, o, əməliyyata tab gətirsin. Əvvelden təşəkkürlər... AYNUR MEMMEDOVA
23.06.2010 Salam. Mən 3 aylıqdı ki hamiləyəm. Qanımı yoxladan zaman toksoplazmos infeksiyasının 200 olduğu uze çıxdı. Həkim qanımın yuyulmasını məsləhət gördü. Sizcə bu düzgün müalicədirmi? Shahnaz
22.06.2010 Salam. Mənim 16 yaşım var. Heç vaxt cinsi əlaqədə olmamışam. Məndə sperma 1 dəqiqəyə xaric olur. Bu məni narahat edir. Bu normal haldır? Əgər bu normal hal deyilsə bunu hansı təbbi yollarla düzəltmək olar? Rufat
22.06.2010 Salam. Bağışlayın ki, vaxtınızı alıram. Mən Azərbaycan Tibb Universitetinin Müalicə-işi ixtisasında (dövlət hesablı) təhsil alıram. Bu il 3-cü kursu bitirdim. Sizin kilinikada hansısa bir işdə işləməyimə yardımçı ola bilərsiz? Çox sağ olun. Nicat
21.06.2010 Salam. Bilmək istəyirəm konxa hipertrofiyası burun balıqqulağının iltihabı deməkdir? Birdə ki, o xəstəliyin əlamətləri hansılardı? Xahiş edirəm mümkün qədər geniş cavab yazasız. Təşəkkür. Resad
21.06.2010 Salam həkim. Mənim 30 yaşım var yatanda ağzimdan xeyli miqdarda su gəlir artıq 5 ilden yuxarıdır ki, bundan çox narahatam, bir yerə qonaq gedə bilmirəm. Özümdə də zəiflik, arıqlıq, iştahsızlıq, və həddindən artıq əsəbilik var. İki dəfə Tibb Universitetinin Mikrobialoji laboratoriyasında analiz verəndə iksindədə Askarid qurdunun yumurtası olduqu dönə-dönə deyilib. Amma problem bundan ibarətdir ki, ordan çıxıb başqa yerlərdə (semaşka xəs, Nizami metrosunun yanında olan tibb univ. mikrabioloji kafedrası və s. neçə dəfə analiz versəmdə Askarid yox, əksər hallarda enerebioz tapılıb. Enterebiozunda men bildiyime görə yaşama müddəti 6-7 gündür. Verdiyim bu diaqnoza görə həkimlərin Askaridə aid verdiyi çox dərman atsamda heç faydası olmayıb. Bundan çox əziyyət çəkdiyimdən mən tez-tez nəzarət edsəmdə çöx nadir halda xırda ağ qurd görərəm. Xahiş edirəm bu barədə mənə köməklik edin. Ramil
Sualı vermək
Səhifə: 1 .. 142 143 144 145 146 147 148 149 150 .. 183
 
© 2008-2010 All rights reserved MK
Site development by Siteman

16.09.2014 | 07:55

Məqalələr Xəbərlər