Qulaq Burun Boğaz xəstəlikləri
Ana səhifə -> Sizin suallarınız -> Qulaq Burun Boğaz xəstəlikləri

19.06.2014 Salam. Mənim 19 yaşım var. Burnumda əyrilik olduğu üçün plastik əməliyyat etdirmək istəyirəm. Bu yaşda elətdirmək olar? Çox sağ olun. Təşəkkür edirəm oxuduğunuza görə. Xahiş edirəm cavab yazasınız. Çox sağ olun.
22.01.2013 Salam aleykum. bağışlayn narahat edirəm. Mən 01.03.2006-cı ildə burun-boğaz ətini kəsdirmişəm. Bundan sonra iy bilməm itib. heç bir qoxu hiss etmirəm. Tezliklə həkimə getdim. düzələcəyini dedi. 1iynə (Diprospan) və 1dərman(Flutineks) yazdı. 4-5aydı heç bir təsiri yoxdur. Onu da deyim ki, son zamanlar boğazım bəlğəmlə dolu olur. Təmizləyəndə 1-2dənə xırda qan dənəcikləri gəlir. amma sulu. burnumu təmizləyəndə isə 1-2dənə xırda quru qan dənəciyi gəlir. amma təxmini 10ilə yaxındır ki, 1dəfə də olsun burnumdan qan açılmayıb. Zəhmət olmasa mənə kömək edə bilərsiz?
14.11.2012 Hekim salam. Bilmek isteyiremki 4yasli usagin 4-cu dereceli her iki qulaginin agir esitmesi diaqnozunun mualicesi var. Tesekkurler
16.07.2012 Salam. Mənim 18 yaşım var. Burnumda da, boğazımda da artıq ət var. Məni narahat edən odur ki, hər şeyə görə burnumun əti şişir. Ən azı mənə elə gəlir. Nəfəs almaq çətinləşir. Xüsusilə ətir iyindən. Sizcə bunun səbəbi nədir?
16.07.2012 Salam. Mənim burun çəpəri əyriliyi və burun içi yaralarım var. Bu da mənim nəfəs darlığıma səbəb olur. Yatan zaman xüsusi ilə də xorultular baş verir. Bu travma bir neçə il bundan qabaq üzü üstə yıxılma nəticəsində baş verib. Mən öz işini mükəmməl bilən peşəkar doktor arayıram? Mehri xanım
16.07.2012 Salam Həkim! Mənim dayım oğlunun 15 yaşı var. Danışığı tam yaxşı başa düşmür, amma təbiət səslərini - hər hansı bir partıltını, gubbultunu hamıdan tez eşidir. Sizcə,onun problemi qulağında, yoxsa başında və ya hər ikisində ola bilər? Bu hal uşaqda hardasa beş-altı yaşlarından hiss olunmağa başlayıb, ona kimi hiss olunmayıb, yəni hər şey normal olub. Sizdən xahiş edirəm belə bir problemin nəsə bir müalicəsi varmı? (ola bilsin Azərbaycanda olmaz.onda harda belə xəstələri sağaltmaq olar? çox xahiş edirəm düzgün istiqamət verərdiniz). Ola bilər elə bunun müalicəsi sizdə var o lap yaxsı. belə yazdığımı təbii qəbul edin xahiş edirəm.Həm də mən ümumiyyətlə sual verirəm bu yazını konkret oxuyacaq həkimin adını bilmirəm ona görə də belə yazdım. Çox-çox xahiş edirəm bu məsələdə bizə yardımçı olasınız. Öncədən təşəkkür edirəm.
06.07.2012 Salam. Mənim burnumda çöl tərəfində çəpər əyriliyi var. O mənə təzyiq verə bilərmi və darıxma verə bilərmiş Əvvəlcədən sizə təşəkkür edirəm. Firdovsi
28.06.2012 Salam Mərkəzi Klinika Heyəti! Xahiş edirəm mənə məsləhət verərdiniz! Mənim burnumun çəpəri əyridir. Nəfəs almada o qədər də çətinlik çəkmirəm. Başımda sıxılma və boynumda ağrı olur, buna səbəb ola bilərmi? Əməliyatın qiyməti neçəyədir? Və edilən burun əməliyyati estetik baximdan təmin olunurmu? Qabaqcadan təşəkkür edirəm. Ramin
27.06.2012 Salam Həkim! Mən bu yaxınlarda burun çəpəri əyriliyinə görə əməliyyat olacam. Sualım belədi. Bu əməliyyatın burnun xarici görünüşü ilə əlaqəsi var?Yəni burnumun xarici görünüşü çox pis vəziyyətdədir. Bu əməliyyatdan sonra normaya düşəcək? Şahmar
27.06.2012 Salam Həkim! Sizdən bir sual soruşmaq istərdim. Mənim burnumda çəpər əyriliyi var. Bu yaxında dəqiqə başı qrip olub asqırdığıma görə həkimə getdim. Həm də qarmalit olub olmadığını yoxlamaq istəyirdim. Həkim baxdi dedi qarmalit deyilsən çəpərin çox əyri olması ilə əlaqəlidir bunlar. Ona görə bu yay burun çəpəri ilə əlaqədar əməliyyat olunmaq qərarına gədim. Sualım belədi ki, əməliyyat olunduqda burnun xarici görünşü azca dəyişir, sifətə uyğun şəkildə düzəldilir yoxsa çəpər əyriliyi əməliyyatının burnun xarici görünüşü ilə əlaqəsi yoxdur? Şahmar
22.06.2012 Salam! Oğlumun 20 yaşı var. 8 aylığında antibiotikdən sonra qulaqları tutuldu. 4-cü dərəcəli eşitməsi qalmışdı. Vaxt keçdikcə tamam tutuldu. Bu xəstəliyin müalicəsi varmı? Fazilə xanım
22.06.2012 Salam Həkim! Mən burnumdan əməliyyat olmuşam 1 dəfə. Amma yenə yaxşı nəfəs ala bilmirəm. Burnuma tez-tez ərp yığılır. Buna nə məsləhət görürsünüz? Şirazi
12.06.2012 Добрый день. У мужа гайморит. Слышала в вашей клинике проводят какое то эффективное лечение без боли, которое занимает один день. Как можно подробнее об этом узнать? Заранее спасибо. Нора
12.06.2012 Salam Həkim! Mənə qulaq nevrit diaqnozu qoyulub. Balaca yaşlarımda indiyə kimi müalicə almışam, elə də bir irəliləyiş yoxdur, zəif eşidirəm, qrip, soyuq olanda demək olar ki, burun, qulaq hamısı tutulur, nə məsləhət görərsiniz, bunun müalicəsi varmı?
12.06.2012 Sualım Aybəniz xanımadır. Salam Həkim! Oğlumun 4 yaşı var, eşidir, amma danışmır. Burnunda tez-tez tutulmalar olur, burnunu tez-tez ovushdurur, agzı açıq olur, yatanda xoruldayır, agzından su gəlir. Sizcə bu nəyin əlamətidir? Və ola bilər ki, beyninə oksigen getmədiyi üçün ağlı o qədər kəsmir? Təşəkkür edirəm. Lalə xanım
Sualı vermək
Səhifə: 1 2 3 4 5 6 7 8
 
© 2008-2010 All rights reserved MK
Site development by Siteman

28.11.2014 | 06:37

Məqalələr Xəbərlər