Fikir və Təkliflər
Ana səhifə -> Fikir və Təkliflər

Müəllif: Rövşən Cabbarzadə, 24.10.2011
BİR İL BUNDAN ƏVVƏL OLMUŞ ƏHVALATDIR, SƏDƏCƏ İNDİ BİLDİM Kİ, BURA XƏSTƏLƏR DƏRDİNİ DANIŞA BİLƏR.NEYSE MİNNƏTDARAM MƏRKƏZİKLİNİKAYA, BAŞDA DR.ELVİZ QASİMOVA, BAŞ HƏKİMƏ VƏ REANİMASİYA ŞÖBƏSİNƏ . TƏŞƏKKÜRLƏR, SAĞOLUN! OLAN OLDU, ARTIQ MƏN YAŞAYIRAM VƏ ŞÜKÜR EDİREM ALLAHA! SAĞOLUN !


Müəllif: Şəmsiyyə, Bakı, 20.06.2011
Salamlar. Əgər kiminsə ginekoloqa eytiyacı varsa, heç çəkinmədən Dr.Ramin Salahova müraciət edə bilər. Məsləhət görürəm.


Müəllif: Sevinc Rəhimova, Bakı, 20.06.2011
Salam. Həyatımda ilk dəfə Mərkəzi Klinikanın personal heyyətindən çox razıyam. Əlaəfsus MK-nın Uşaq Mərkəzinin Neonatoloji Reanimasiyasından. Mükkəmməl və savadlı həkim heyyəti, diqqətli tibb bacıları. Onlara dərin minnətdarlığımızı bildiririk. Onlar bizim körpəmizi xilas etdilər!


Müəllif: Ülkər Hüseynova, Bakı, 17.06.2011
Mənim həkimim Dr.Rəsad Sultandır.Çox razıyam. Düşünürəm ki, Azərbaycanda 1 nömrəli qadin həkimidir. Her kəsə məsləhət görərdim!


Müəllif: Şəmsiyyə, Bakı, 14.06.2011
Salam, men deyerədim ki, Dr. Ramin Salahov kimi ginekoloq Azerbaycanda yoxdur!


Müəllif: Qazaxıstan Respublikası, Baki, 13.06.2011
Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındaki nümayəndəliyindən Mərkəzi Klinikanın Baş Direktoruna Təşəkkür məktubu : 30 aprel 2011 ci il tarixində Mərkəzi Klinikanın Reanimasiya və İntensiv Terapiya şöbəsinə səhhəti kritik vəziyyətdə olan yenidoğulmuş daxil olmuşdur. Mərkəzi Klinikanın peşəkar, təcrübəli həkimləri və müasir avadanlıqları sayəsində yenidoğulmuşun həyatı xilas edildi. Bu səbəbdən Uşaq Mərkəzinin həkim kollektivinə və bütün tibb personalına dərin minnətdarlığımızı bildiririk. Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındaki nümayəndəliyi adından ən böyük minnətdarlığımızı isə, yenidoğulmuşlara sevgi və qayığı ilə yanaşan Dr. Sevda Əsədova və Dr. Bəxtiyar Zeynalova bildirmək istəyirik. Sizin kollektiv nəinki həkim olduqları üçün, həmçinin vətəndaşlıq borclarını da yerinə yetirərək öz fəaliyyətlərini həyata keçirirlər. Qazaxıstan Respublikasının Azərbaycan Respublikasındaki nümayəndəliyinin Səfiri S. PİRMBETOV


Müəllif: Abbasov Saday , Bakı, 10.06.2011
Salam çox kisa yazacam. Sadece sözlərlə demək olmur ki bəzi fikirleri, amma yenede demek istədiyim. Budur derin təşəkkürlərimizi sizin klinikaya bildiririk ki, sizin komeyinizle biz bu kimi insani hekimi sozün esil mənasında göydə axtararkən MERKEZİ KLİNİKADA taptıq. Bu çox çox hormətli ve peşəkar həkim zərgar usta Allahin ən böyük verdiyi qabilliyətin səbirli bir bəndəsi ve artiq ailemizin ən çox dua ve algış sahibi neyroxirurg doktor Alı Ələkbərov men bir soz deye bilərəm ki əqər hər kimse ona müraciət etse o insan həyatını ele bir insana hevvale etmiş olacag ki, mən doğurdan da həyacannan onun layig ola biləcək bir soz tapa bilmirem. Bizim aile sonadək ona ve onun bütün koməkcilərinə çox çox dua edəcəyik . Ali doktor belkede ozüde anlamaz ki, necede böyük bir əməllər edir, insanlara Allahin verdiyi ömrü insan insan kimi yaşaya bilsin. Bu sözün mənası adi kimi çox böyükdür. Ali doktor əsil insandır. Hərkəsə dərin təşəkkürlər ki, ize bu həkim adına layig olan Ali həkimi məsləhət etdiler. Baş əyirik! Siz buna layigsınız! Abbasov Saday ve ailemiz adınnan.


Müəllif: Gunay, Bakı şəhəri, 09.02.2011
Salam Mərkəzi Klinikada işləməyi özümə şərəf bilirəm. Klinikada personala və xəstələrə böyük diqqət, hörmət, fikir verilir. Qisa olaraq bunu deyə bilərəm.


Müəllif: Məmmədzadə Tasim, Bakı, 03.02.2011
Salamlar! Başda t.e.n. Dr. Kamram Musayevə! Mənim anam (Məmmədzadə Kübra) çox ağır vəziyətdə (miakard infaktla) 01.01.2010 ildə Mərkəzi Klinikaya gəldi elə həmin günüdə t.e.n.Firdovsi Ibrahimov tərəfindən bir damarından angioqrafiya olundu. Bir qədər yatdıqdan sonra, 19.01.2010 tarixində t.e.n. Dr. Kamran Musayev tərəfindən ürəyindən A.K.Ş əməliyyatı olundu! Artıq evdədir, Şükürlər olsun Allaha. Mən sizlerin hamısına başda t.e.n. Dr.Kamran Musayevə, Dr. Firdovsi İbrahimova, Dr.Naile Məmmədovaya isti münasibətlərinə, göstərdikləri qayğıya görə minnətdarlığımı bildirirəm. İşlərinizdə və həyatınızda sizə uğurlar arzu edirəm. Məmmədzadə Tasim Tofiq oğlu. 03.02.2011


Müəllif: Hüseyn Məmmədov, Baku, 01.02.2011
\"Başqa yerdir xəstəxana\" Xəstəxanaya mən düşdüm, Başqa yerdi xəstəxana. Alovlar içinə düşdüm, Başqa yerdi xəstəxana. Həkimlərdə bir xof yoxdu, Uzadaraq kəsib yıxdı, Ürəyimin başına şıxdı, Başqa yerdi xəstəxana. Əməliyyat oldum, bihalam, Qızlar qoymur sərbast qalam, Gərək şar tütəyi çalam Başqa yerdi xəstəxana. Biri gəlir rengen edir Görürsən tomoqrafiya edir Kürəyimdə şillə bitir Başqa yerdi xəstəxana Yoxlanır təzyiqim hər an Şikayətim ağrılardan Axı mən də bir adamam Başqa yerdi xəstəxana Hər yerdən asılıb bir şey, İynə vurub edirlər key. Çatışmayır bir məzəmey, Başqa yerdi xəstəxana Hamının üstü səliqəli, Ağ əlcəklər olur əli, Hamının düzdür əməli, Başqa yerdir xəstəxana. Tuturlar hər vaxt əlindən, Bal-şəkər yağır dilindən, Qurtarandırlar ölümdən, Başqa yerdir xəstəxana. Hər biri xoş üzə malik, Bu cür yaradıbdır xaliq, Həyatımdan keçdi tarix, Başqa yerdir xəstəxana. Mehribanlıq hər yerdən çox, Qulluq etməkdə tayı yox, Sözlü, tələsmə, dincəl çıx Başqa yerdir xəstəxana. Hüseyn Məmmədov 11.01.2011 3-cü stasionar 1-ci bloka həsr olunub.


Müəllif: Agayev Seyidhesim, SABIRABAD, 29.12.2010
Mərkəzi KLinikana Xəstəxananın baş həkimi, Respublika ürək cərrahiyəsi baş həkimi, Respublika sədri, tibb elmləri namizədi cənab Kamran Musayevə!! Çox hörmətli Kamran Musayev, Mən 06.03.2009 cu il tarixdə Sizin rəhbərliyiniz altında ürəyimdən cərrahiyə olunmuşam. Qısası odur ki, məni 2-ci həyata qaytarmısınız. Allahtaalanın Sizə və kollektivinizə olan köməkliyi sayəsində, Allahın mənə olan rəhmi nəticəsində hal-hazırda sap-sağlamam. Ürəyimdən heç bir şikayətim yoxdur. Elə bunun nəticəsidir ki, 2009 cu ilin iyul ayında Sabirabad şəhəri ağsaqqallar şurasının sədri seçilmişəm. Cari ilin noyabr-dekabr aylarında isə Kərbəla (IRaq ) və Məşhəd (Iran ) ziyarətgahlarında da olmuşam. Mən indiyə kimi Cavid həkimin nəzarətindəyəm və onun tövsiyyələrinə əməl edirəm. Qəbul etdiyim dərmanlar: Direton-10, Aspirin-kardio 10b, koamandin-5. Həyatda ən çox hörmət bəslədiyim, Kamran Müəllim, Siz həqiqətən çox qayğıkeş və kamil insansınız. Hörmətli baş həkim, Sizi kollektivinizi belə ki, həkim heyyətini, tibb bacılarını və texniki işçiləri qarşıdan gələn 31 dekabr dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə ürəkdən təbrik edirəm. Hamınıza sağlamlıq arzulayıram. Ailə üzvlərini də təbrik edirəm. Diqqətinizə görə çox sağ olun. Allahtaala bizə həmişə kömək olsun. Çox Sağ Olun. Hörmətlə: KERBELAYI AGAYEV SEYIDHESIM Sabirabad Şəhər ağsaqqallar şurasının sədri.


Müəllif: Quliyeva Nigar, Bakı, 20.12.2010
Mən öz minnətdarlığımı nervpatoloq Əli Musayeva bildirirəm. Mənim anamın xəstəliyini bu vaxta qədər heç kim bilmirdi, bu həkim vasitəsiylə düzgün diaqnoz qoyuldu. Sonsuz təşəkkürlər. Quliyeva Nigar


Müəllif: Esmira, BAKI, 05.12.2010
Salam, həkim Kamran Musayev, Vüqar Məmmədəliyev Vaqif Məmmədəliyevi uğurlu əməliyyat etdiyiniz üçün Sizə öz təşəkkürünü bildirir.


Müəllif: Mehdi, Bakı, 13.11.2010
Dr. Ramin Məlikov, 10.11.2010-cu il tarixdə Mərkəzi klinikada Abbaslı Abbası uğurla müsalman etdiyiniz üçün valideyinləri sizə öz təşəkkürlərini bildirirlər.


Müəllif: İsgəndərova Lalə, Bakı, 05.11.2010
Məni Klinikanızın plastik cərrahı, azərbaycanlı Hüseynova Samirə xanım əməliyyat etdi və nəticələrindən razıyam... Ona təşəkkür edirəm.


Müəllif: Shakir, Baki Merdekan, 25.10.2010
Mərdəkanda yeni filıalınızın açılması münasibətilə təbrik edirəm, uğurlar arzulayıram. MK-nın filialın burda açılmasına çox sevindim. Qiymtlər də nəzərə çarpacaq dərəcədə aşağıdır.


Müəllif: Agayev Mirseid, Sabirabad, 24.10.2010
Salam, MƏRKƏZİ KLİNİKANIN bütün kollektivinə, sizlərə minnətdərlağımı bildirmək istəyirəm. Başda həkim Kamran Musayev cənablarına. Mənim atam ürək əməliyyatı olmuşdur özünü çox yaxşı hiss edir və bunun üçün sizlərə bütün ailəmiz adından təşəkkür edirəm. imza_Ağayev MİRSEİD.


Salam.Sizə sualım yox Cümşüd həkimə minnətdarlığım olacaq ona göreki bu yaxınlarda ona sualım olmuşdu ve mene meslehet gördükü həkimə gedib müayinə olunmaqdan çəkinməyim. Bu gün həkimə getmişdim və sağ döş qəfəsimdə anadan gəlmə deformasiya olduğunu dedilər. Çox sağ olun Cümşüd həkim, mənə bir həkim kimi öz məsləhətinizi verdiniz və məndə rahatlıq tapdım. Arzu


Müəllif: Baxtiyar, Baki, 13.07.2010
Gözal kollektiviniz var. Dr. Arzu Eyvazovanın timsalında bütün kollektivinizə uğurlar. Sizə təşəkkür edirəm.


Müəllif: tarlan, Şabran (Dəvəçi), 07.05.2010
Çox maraqlı və lazımlı saytdır. Geniş məlumat bazası və sualların cavablandırılması saytı daha da maraqlı və lazımlı edir. Təşəkkür edirəm.


Müəllif: Leyla, Bakı, 02.05.2010
Salam. Sitədə həkimlərinizin təhsili və iş təcrübələri haqqında daha geniş məlumat yerləşdirməniz daha yaxşı olardı. Həkimlər haqqında keçmiş xəstələrinin fikirlərini yaza biləcəyi xüsusi bir bölmə olsa çox sevinərdim. Belə ki, həkim seçərkən apardığımız araşdırmada keçmiş xəstələrinin fikirlərini öyrənmək faydalı olardı.


Müəllif: Gunel, Bakı, 16.02.2010
Çox istərdim dunyada uygulanan HPV vaksinasinı Mərkəzi Klinikaya gətirəsiniz. Bu cür dəyərli klinikada bu vaksinanın olmaması üzdü məni təəssüf.


 
 
© 2008-2010 All rights reserved MK
Site development by Siteman

08.02.2012 | 17:51

Məqalələr Xəbərlər