Məsləhətlər
Ana səhifə -> Məqalələr -> Məsləhətlər
Böyrək xəstəlikləri...
12.02.2013
Həkim: Dr. Səbinə Qasımova

 Böyrək xəstəlikləri,hipertenziya,maye və elektrolit disbalansının diaqnostikası və müalicəsi üzərinə qurulmuşdur.Yüksək arteriyal təzyiq , ayaqlarda  və göz qapaqlarında şişkinlik, sidik  yolu şikayətləri (xüsusilə tez-tez sidik yolu infeksiyası  keçirmə və gecə sidiyə çıxma,  sidiyə gedərkən yanma ,sidiyin hər zamankından   fərqli  rəng və qoxuda olması ) olan xəstələr  mütləq Nefrologiya  şöbəsinə müraciət etməlidirlər.

Nefrologiya şöbəsində geniş,əhatəli qan və sidik  laboratoriya testləri, USM, tomoqrafiya, diaqnostik radioloji müayinələr olunmaqdadır.

 
Prosedurlar

- Poliklinika xidmətləri
- Yatan xəstənin təqib və müalicəsi
- Konsultasiyalar və preoperativ dəyərləndirmə xidmətləri

- Təcili nefroloji  xidmətlər

 - Hemodiyaliz və hemofiltirasiya işləmləri                                                                  

- Voyding sisto –üretroqrafi                                                                                - USM altında  böyrək biyopsisi
- Hemodiyaliz kateterinin taxılması
- Periton diyaliz  kateterinin  taxılması

Böyrək funksiyalarını  dəyərləndirmədə bir gün ərzində olunan sidiyin analizi xüsusi bir önəm daşıyır. Nefrologiya şöbəsinə gələn   bir çox xəstədə  24 saatlıq sidik analizi olunaraq  böyrəklərin süzmə qabiliyyəti və böyrəkdən  itirilən zülalın miqdarı hesaplana bilinir. Bu analiz üçün  24 saat ərzində   sidiyin toplanması gərəklidir. Bu işləm üçün: 24 saatıq idrar toplanması, xəstə səhər oyandığında yaptığımız ilk idrarla başlayacaqdır. Bu ilk idrardan sonra gün ərzində yapılan bütün idrarlar və ertəsi gün oyandığında yapacağı ilk idrarı təmiz bir su qabında toplanılacaqdır. Beləliklə, bir gün əvvəl başlanan idrar toplama işləmi səhəri gün tamamlanacaqdır. Toplanan idrarın hamısının Biokimya Laboratoriyasına gətirilməsi lazımdır.

 

 Böyrək Angioqrafiyası  və Angioplastika

Bəzi xəstələrdə hipertenziya və ya böyrək funksiyalarının pozulmasının səbəbi böyrək damarlarındakı darlıqdır.Bu darlığın anlaşılması üçün böyrək  damarlarının angioqrafiya  ilə dəyərləndirilməsi  lazımdır. Angioqrafiya  işləmi  xəstəxanamızda Radiologiya  Bölümündə  həyata keçirilməkdədir.

 

 Hemodiyaliz işləmi

Hemodiyaliz işləmi, böyrək funksiyaları  pozulmuş xəstələrin bəzi böyrək funksiyalarının aparat  vasitəsi ilə tənzimlənməsidir.. Bu işləmdə qanda toplanan  ürea və digər  maddələr  bir filtrə  vasitəsi ilə süzülərək vücuddan uzaqlaşdırılır.  Bu işləmin gərəkliliyi və davamlı  uyğulanıb-uyğulanmayacağı həkim tərəfindən xəstəyə bildirilir.

Hemozdiyaliz işləminin olunması  üçün damar yoluna ehtiyac  vardır. Bu ya əməliyyatla əl biləyində iki damarın birləşdirilməsi ilə (fistul) ya da boyundan böyük bir damara katater qoyulur. Uzun zaman hemodiyaliz müalicəsinə ehtiyacı olan xəstələrdə ən məsləhətli yöntəm  fistul açılmasıdır. Fistul, ən az 2 - 3 həftədə istifadə olunacaq  vəziyyətə  gəldiyi  üçün  hemodiyaliz müalicəsinə  başlamadan bir qədər öncə hazırlanmalıdır. Katater uyğulaması təcili diyalizlədən əvvəl və fistulu olmayan ya da fistulunda problem olan xəstələrə qoyulmalıdır..

Diyaliz seansı  əsasən  4 saat davam edən  bir seansdır. Bu zaman   xəstə yataqda yatmaqla və aparat  köməyi  ilə diyaliz alır.

 

 

 

Transplantasiya Hazırlığı vəTransplantasiya sonrası təqib

Böyrək  transplantasiyası  canlı ya da kadavra vericidən olunur.. Bu işləmin gərçəkləşdirilməsi üçün alıcılar və  vericilərin ayrıntılı olaraq dəyərləndirilməkdə və gərəkli testlər olunmaqdadır.

Xroniki  böyrək  xəstəliyi üçün  ən yüksək risk qrupları şəkər xəstəliyi, arteriyal təzyiqin yüksəkliyi, ürək-damar xəstəlikləri  və ailəsində böyrək xəstəliyi olanlar ilə yaşlılar. Digər risk faktorları arasında piylənmə , siqaret, böyrək daşı, təkrarlayan sidik yolu infeksiyaları, sıx ağrıkəsicilərdən istifadə etmək , birləşdirici toxuma xəstəlikləri sayılır.Aparılan  CREDIT çalışması göstərmişdir ki, Azərbaycan   toplumunda da xronik böyrək xəstəliyi  üçün  bu risk faktorlarının rolu   yüksək faizdə mövcuddur. Xüsusilə  son dönəm böyrək çatmamazlığının ən sıx səbəbi  olan şəkər xəstəliyi  sıxlığın  2002’də 7.2%- ni   təşkil edirdisə , günümüzdə 12’% in üstündə  olması narahatlıq  yaradan bir tablo cızır.Bu səbəblə , xroniki böyrək xəstəliyinin vaxtında aşkarlanması və qarşısının alınması ,ürək-damar sisteminin qorunması baxımından da son dərəcə önəmli rol oynayır.

 

Hörmətlə, Dr. Səbinə Qasımova

 
© 2008-2010 All rights reserved MK
Site development by Siteman

29.07.2014 | 01:27

Məqalələr Xəbərlər