12.09.2014 Hörmətli, Toğrul həkim salam! Hər vaxtınız xeyirli olsun! Mən 77 yaşında təqauddə olan müəlimməm. Bu ilin avqust ayının 25-26-ı tarixlərində Sizin klinikanın xəstəsi olmuşam. Bu minnətdarlıq məktubumu yazmasam ömrüm boyu vicdan əzabı çəkərəm, özüm-özümü qınayar və Sizin klinikada mənə göstərilən hhər cür xidmət haram olar. İki il idi ürəyim məni narahat edirdi. Sizin klinikaya getmək məsləhət oldu. Hansı məşhur bir tibb alimi demişdir: - Əgər həkim ilə ilk söhbətdən sonra xəstə özünü yaxşı hiss etməsə, o həkim deyil. Klinikada məni çox səmimi, mədəni, yüksək etikalı, insanpərvər və mehriban bir həkim müalicə etməli oldu. Bu şəxs ömeüm boyu yaddan çıxarmayacağım, mənə yeni həyat bəxşedən gözəl insan Firdovsi ibrahimov oldu. Mənvə ailə üzvlərimiz firdovsi həkimə öz minnətdarlığımızı, təşəkkürümü bildiririk. Ona can sağlığı, istədiyi ömrü yaşamağı və ailə səadəti arzulayırıq. Ümumiyyətlə, klinikadan səliqə-sahman, istər tibb bacılarının, istərsə də həkimlərin xəstələrə olan münasibəti və xidməti yüksək səviyyədədir. Bu ondan irəli gəlir ki, Togrul həkim, rəhbərliyin nəzarəti, tələbi və işimizdə yeni-yeni nailiyyətlər arzu edirəm. Böyük hörmətlə, Hafis Abbasov. Şirvan şəhəri.
Peşə təbabəti
Ana səhifə -> Məqalələr -> Peşə təbabəti
Dəm qazından zəhərlənmə zamanı ilk tibbi yardım
30.07.2013

Dəm qazından zəhərlənmə son zamanlarda ölkəmizdə geniş yayılmış bədbəxt hadisələrdən biridir. Dəm qazı orqanizmə öldürücü təsirə malikdir. Onun yüksək səviyyəsi 3 dəqiqə içində insanı komaya sala, 10 dəqiqə içində isə öldürə bilər.Belə ki, o, qanda tez bir zamanda hemoqlobinlə birləşir. Bu zaman toxumaların hüceyrələrinə oksigen daşınmır və oksigen qıtlığı nəticəsində huş itir. Həmin vaxt bədəndə süstlük əmələ gəlir, nitq tutulur. Dəm qazından iki cür zəhərlənmə olur:

Yüngül zəhərlənmə zamanı ürək bulanma, baş gicəllənmə, baş ağrısı, quru öskürək, alın və gicgah nahiyəsində güclü ağrı, qulaqlarda küy müşahidə olunur.

Ağır dərəcəli zəhərlənmə zamanı isə zərərçəkənin tənəffüs səthi, nəbzi tezləşmiş, bəbəkləri genişlənmiş olur, qıcolmalar, huşun uzun müddət itirilməsi, ürəyin zədələnməsi baş verir. Az yaşlı uşaqların isə az miqdarda dəm qazından hətta  həyatlarını itirmək qorxusu var.

Dəm qazından zəhərlənən insanı xilas etmək üçün göstərilən ilk tibbi yardım :

İlk olaraq mühiti dəyişmək, havanı təmizləmək yaxud da, zərərçəkəni təmiz havaya çıxarmaq lazımdır. Əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq, ona yarıoturaq vəziyyət vermək (ağ ciyər ödəminin qarşısını almaq üçün), alnına, sinəsinə soyuq kompres qoymaq məsləhətdir. Huşu özündə deyilsə, başını sağa-sola çevirib, ağız boşluğundakı seliyi təmizləmək lazımdır. Yaxud da naşatır spirti iylətməli, huşu aydınlaşdıqdan sonra isə, ilkin olaraq şirin çaya limon qatılıb verilə bilər. Əgər zərərçəkən nəfəs almırsa və ürək dayanmışsa, dərhal reanimasiya tədbirlərinə başlamaq lazımdır. Reanimasiya tədbirlərinə “Ürəyin xarici masaj”ı və “Süni tənəffüs” daxildir.Reanimasiyanı hər zaman süni tənəffüs hərəkətlərindən başlamaq lazımdır! Tənəffüsün dayanması zamanı xəstə huşsuz vəziyyətdə olur, döş qəfəsi hərəkət etmir, dəri və dodaqlar göyərir. Zərərçəkən şəxsin tənəffüsü dayanarsa, qanı oksigenlə təmin etmək üçün dərhal ona süni tənəffüs verməyə başlamaq lazımdır. Əgər bu zaman ürək fəaliyyəti də dayanarsa, zərərçəkənə süni tənəffüs ilə yanaşı, ürəyi yenidən işləməyə vadar etmək üçün ürəyin xarici (qapalı) masajı adlanan reanimasiya üsulundan da istifadə etmək lazımdır.

Dəm qazı ilə zəhərlənmənin ilkin əlamətləri görülən kimi “Təcili yardım” çağırmaq lazımdır! Hətta zərərçəkəni xilas etdiyinizi düşünsəz belə bunu təxirə salmayın!

 
© 2008-2010 All rights reserved MK
Site development by Siteman

18.09.2014 | 16:38

Məqalələr Xəbərlər